QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ

FOREXPEDIA

FOREX HAQQINDA HƏR ŞEY

FOREX-Ə GİRİŞ Valyuta məzənnələrinin növləri

Bu məlumatları dostlarınla paylaş:

VALYUTA MƏZƏNNƏSİNİN NÖVLƏRİ


Sizin üçün hazırlanan 2 dəqiqəlik qısa videonu izləyərək VALYUTA MƏZƏNNƏLƏRİNİN NÖVLƏRİ haqqında məlumat ala bilərsiniz.


BİRBAŞA  VALYUTA MƏZƏNNƏSİ

Milli valyutanın  xarici valyutaya, yəni: ABŞ dollarına olan nisbətini ifadə edir.  Birbaşa məzənnə milli valyutanın bir vahidinin hansı həcmdə ABŞ dollarına bərabər olduğunu göstərir.


Məsələn;

    EUR/USD= 1.12125  Bu məzənnə, 1 Avronun 1.12125 ABŞ dollarına bərabər oldugunu ifadə edir.

DOLAYI (ƏKS) VALYUTA MƏZƏNNƏSİ

Xarici valyuta vahidinin milli valyuta vahidinə olan dəyərini göstərir. Dolayı valyuta məzənnəsi 1 ABŞ Dollarının nə qədər beynəlxalq valyutaya bərabər olduğunu əks etdirir.


Məsələn;

    USD/JPY= 110.81    Bu nümunədən 1 ABŞ dollarının 110.81 Yapon yeninə bərabər olduğunu görürük.


Dolayı valyuta məzənnələrinə digər nümunə olaraq, USD/AZN -i göstərməyimiz mümkündür. Burada 1 ABŞ dollarının 1 manat 70 qəpiyə bərabər olduğu ifadə olunur.

ÇARPAZ (KROSS) VALYUTA MƏZƏNNƏSİ

Üçüncü ölkənin valyuta vahidi ilə müqayisədə müəyyən kursa malik olan iki ölkə valyutasının bir birinə nistbətdə dəyər ifadəsini özündə əks etdirir.


Dünya maliyyə bazarlarlarında ticarət əməliyyatlarında çox zaman ABŞ dollarının iştirakı ilə çarpaz valyutalardan istifadə olunur. Bu onunla əlaqƏdardır ki, ABŞ dolları əsas ehtiyat valyutası olmaqla yanaşı, əksər valyuta ticarəti əməliyyatlarında iştirak edən valyuta növüdür. ABŞ dolları ilə əlaqədar çarpaz valyutalar üzrə bütün hesablaşmalar aşağıdakı şəkildə hesablanır.


Nümunə;

    EUR/CHF= USD/CHF * EUR/USD 

Avro/frank məzənnəsi dollar/frank və avro/dollar məzənnəsindən formalaşır.

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA