QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ

FOREXPEDIA

FOREX HAQQINDA HƏR ŞEY

TEKNİKİ ANALİZ
Tekniki Analiz nədir?

Bu məlumatları dostlarınla paylaş:

TEKNİKİ ANALİZ NƏDİR ?

Texniki analizin tərkibinə daxil olan bütün metodikalar ayrı-ayrılıqda yaradılmış və sadəcə 1970-ci illərdə vahid fəlsəfə, aksiom və əsas prinsiplər əsasında vahid nəzəriyyə üzrə ümümiləşdirilmişdir.

Texniki analiz riyazi hesablamalara əsaslanaraq, gələcək qiymət dəyişmələrini təxmin etməyə yarayan analiz üsuludur. Texniki analiz, keçmişdəki qiymət dəyişmələrini əks etdirən qrafikası əsasında gələcək qiymət hərəkətlərini təxmin etməyə təkan verir. Texniki analiz ilə gələcək bazar vəziyyətinin proqnozunda, FOREX bazarı iştirakçılarının əməliyyat strategiyaları inkişaf etdirməsində əhəmiyyətli yer tutur.


Texniki analiz, ötən dövrlərdə qiymət dəyişikliyi qrafiklərinin analizi əsasında qiymətlərin gələcək dəyişiklik istiqamətinin proqnozlaşdırılmasıdır. Texniki analiz ilə gələcək bazar vəziyyətinin proqnozu, FOREX bazarı iştirakçıları arasında əməliyyat strategiyalarının inkişaf etdirilməsi baxımından əhəmiyyətli yer tutur.


Texniki analiz ticarət əməliyyatının açılması haqqında və müvafiq əməliyyat üzrə hansı həcmdə vəsaitlərin yerləşdirilməsi haqqında bazar iştirakçısına doğru qərar verməyə kömək edir.

Tezliklə ANALİZLƏR haqqında videonu izləyərək məlumat ala bilərsiniz. 

PULSUZ FOREX SEMİNARLARINA QATILIN

#ÖyrətməkOlsun Sizi InvestAZ yatırım dünyası ilə Forex bazarlarını öyrənməyə dəvət edirik.

PULSUZ SEMİNARA QATIL

TEKNİKİ ANALİZDƏ DİQQƏT EDİLMƏLİ MƏQAMLAR

1) Bazada qiymətlərin hərəkəti bütün faktorların təsirini nəzərə alır

Qiymətlərin dəyişməsinə təsir edən hər bir iqtisadi, siyasi, psixoloji faktorlar qabaqcadan nəzərə alınmış və qiymət qrafikində öz əksini tapmışdır. Başqa sözlə desək, qiymət bazara təsir edə biləcək hər bir faktoru əks etdirən göstəricidir.


2) Qiymətlərin dəyişməsi müəyyən istiqamətə malikdir.

Texniki analiz üsullarının tətbiqi böyük əhəmiyyət kəsb edir. Texniki analizin əsas məqsədi, əməliyyatlarda gəlir əldə etmək məqsədi ilə gələcəkdəki qiymət dəyişmələrinin (bazar meylli və ya trend) istiqamətini əvvəlcədən təxmin edə bilməkdədir. Texniki analizin əsasında Dou nəzəriyyəsi dayanır. Bu nəzəriyyəyə əsasən qiymət tendensiyaları aşağıdakı şəkildə müəyyən edilir:

Artım tendensiyası zamanı qiymət dəyişiklikliiyinin hər bir növbəti zirvə və ya dib nöqtəsi özündən əvvəlki səviyyədən yuxarıda yerləşir və əksinə, eniş tendensiyası zamanı qiymət dəyişikliyinin hər bir növbəti zirvə və ya dib nöqtəsi özündən əvvəlki səviyyədən aşağlda yerləşir.


3) Tarix təkrarlanır

Forex bazarında baş verən hərəkətlərin və texniki analizin insan psixologiyası ilə sıx əlaqəsi vardır. Demək olar ki, bir əsrdən bu yana araşdırılan qiymət qrafikləri, qrafiklər üzərində müəyyən vəziyyətin ortaya çıxdığını göstərir. Yaranmış vəziyyət, bazarın “ayı” ya da “buğa” psixologiyasını ortaya çıxarır. Keçmişdə yaxşı nəticələr verən bu vəziyyətlərin gələcəkdə də uğurlu nəticə verəcəyi kimi qəbul edilir. Çünki bu vəziyyətlər əslində heç dəyişməyə meyilli olmayan insan psixologiyasından qaynaqlanır. Yəni texniki analizdə gələcyi dərk etməyin yolu keçmişin öyrənilməsindədir.


NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim hesabınaİNDİ BAŞLA