QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ
FOREXPEDIA
FOREX HAQQINDA HƏR ŞEY

TEKNİKİ ANALİZ
Qrafik metodlar

Bu məlumatları dostlarınla paylaş:

QRAFİK METODLAR

Qiymət dəyişmələrini texniki analiz ilə ən sadə analiz üsulu qrafik analiz üsuludur. Bir neçə növ qiymət qrafiki mövcuddur. Bütün qiymət qrafiklərinin ortaq cəhəti şaquli oxda qiymət dəyişmələrini, üfüqi oxda isə zamanı göstərməsidir.

ANLIQ QİYMƏT DƏYİŞİKLİYİ QRAFİKİ (TICK CHART)

Anlıq qrafikdə qiymət dəyişmələrinin hər yeni kvota dəyəri görsənir. Digər qiymət qrafiklərindən fərqli olaraq bu qrafikdə fiksə edilmiş zaman oxu yoxdur. Anlıq qrafikdə hər yeni qiymət dəyişikliyi horizontal xəttin şaquli istiqamətində yerdəyişməsi vasitəsilə əks olunur. Aktiv bazarlarda çox sayda qiymət dəyişikliyi xətləri, nisbətən qeyri-aktiv bazarlarda isə daha az sayda qiymət dəyişikliyi xətləri müşahidə edilir.

Image title


XƏTTİ QRAFİK (LINE CHART)

Xətti qrafik, tək bir qiymət məlumatını göstərir. Xətti qrafiklər sadəcə bir zaman intervalında həyata keçirilən bağlanış qiymətlərini göstərir. Sadə bir quruluşa sahib olduğu üçün daha çox uzun müddətli tendensiyaları analiz etmək üçün istifadə olunur. Xətti qrafiklər müəyyən bir zaman intervalında aşağı və yuxarı istiqamətli qiymət dəyişikliklərini əks etdirmir və qısamüddətli təhlillərdə yetərsiz ola bilər.

XƏTTİ QRAFİK

ÇUBUQLU QRAFİK (BAR CHART)

FOREX bazarında nisbətən daha çox istifadə edilən və qiymət dəyişikliyinin qrafik analizinin daha sadə üsulu çubuqli qrafik üsulu ilə aparılan analizdir. Çubuqlu qrafiklər müvafiq dövr üzrə qiymət dəyişikliyinin bütün xarakterik xüsusiyyətlərini özündə əks etdirir. Çubuq qrafikində barlar, qiymət hərəkətlərinin bəlli bir zaman intervalında ən aşağı və ən yüksək həddləri ilə müəyyən qiymət intervalında açılış və bağlanış qiymətini göstərir.

Image title


ŞAM QRAFİKİ (CANDLE STICK)

Əgər açılış qiyməti bağlanış qiymətindən daha aşağı səviyyədədirsə bu zaman şam ağ (yaşıl), açılı, qiyməti bağlanış qiymətindən daha yuxarı səviyyədə olduqda isə şam qara (qırmızı) rəngdə təsvir olunur. Bir çox məlumatı bir eyni anda verə bilməsi baxımından yapon şamları FOREX bazarında geniş istifadə olunur. Yapon şamları hər bir bazar analizi edən iştirakçıya valyuta cütlüklərinin istiqamətini, açılış və bağlanış qiymətlərini, ən yüksək və ən aşağı qiymətlərini eyni anda təqdim edə bilir.

Image title


PULSUZ FOREX SEMİNARLARINA QATILIN

#ÖyrətməkOlsun Sizi InvestAZ yatırım dünyası ilə Forex bazarlarını öyrənməyə dəvət edirik.

PULSUZ SEMİNARA QATIL

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim hesabınaİNDİ BAŞLA