QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ

GƏLƏCƏK QƏRARLARINIZ ÜÇÜN BİZİ SEÇİN

Şirkətinizdə yeni başlanğıclar üçün InvestAZ-ın təqdim etdiyi Korporativ xidmətlərdən yararlanın.

Image title


MALİYYƏ MƏSLƏHƏTİ

Maliyyə məsləhəti xidmətindən yararlanın

Şirkətinizi bir addım irəlidə görmək, şirkətinizin strategiyasına yenidən baxış etmək, və idarəçiliyi təkmilləşdirmək üçün İnvestAZ Şirkətinin Maliyyə Məsləhətçilik xidmətlərindən faydalanın.

  • Aktivlərin və Şirkətlərin dəyərləndirilməsi 

    Aktivlərinin düzgün və şəffaf dəyərləndirilməsi, şirkətin birləşmə, satın alma və ləğvetmə məqsədləri, qanunvericiliyin tələbləri, vergi və digər məqsədlər üçün effektiv istifadə oluna bilər. 

  • Şirkətlərin alış-satışında konsaltinq

    Şirkətin alış-satışı zamanı bazarın təhlili, müvafiq investorların cəlb edilməsi, əqdlərin vaxtında həyata keçirilməsi çox önəmlidir. Hər bir mərhələnin müvəffəqiyyətlə həyata keçirilməsi üçün İnvestAZ şirkətinin konsaltinq xidmətindən istifadə edin.

  • Menecment Konsaltinq

    İnvestAZ şirkətinin menecment konsaltinq xidməti, şirkətinizin fəaliyyətinin yaxşılaşmasına, onun effektivliyinin artmasına səbəb olur, təşkilati problemlərin həllinə kömək edir və şirkətinizə əlavə dəyər qatır.

  • Bazar araşdırması

    Effektiv bazar araşdırması ilə siz, rəqibləriniz, potensial müştərilər və onların istehlak və investisiya meylləri, iqtisadi dəyişikliklər, demoqrafik və mövcud bazar trendləri haqqında dəyərli məlumat əldə edə bilərsiniz.

Image title


MALİYYƏ VASİTƏÇİLİYİ

Yatırımlarınızı bizimlə edin

InvestAZ müxtəlif bazarlara və çeşidli yatırım alətlərinə çıxış imkanı təqdim edir.

  • Sifarişlərin sürətli icrası

    Sifarişlərinizi ən yaxşı qiymətlə və ən qısa zamanda icra edirik.

  • Müxtəlif bazarlara çıxış imkanı

    Azərbaycan və Türkiyənin səhm və istiqraz, dövlət və korporativ qiymətli kağızlar bazarına çıxış imkanları qazanmaqla xərclərinizi azalda, risklərinizi diversifikasiya edə və gəlirlərinizi artıra bilərsiniz.

  • Konsaltinq

    Müxtəlif qiymətli kağızların ticarəti barədə məsləhət verir, investorların gəlir və risk iştahasına uyğun olaraq ən optimal yatırım imkanlarını təqdim edirik.

Image title


BİRLƏŞMƏ VƏ SATINALMA

Şirkətinizə dəyər qatın

Birləşmə və Satınalmanın Sizə qatdığı dəyəri ölçür və qoruyuruq.

  • Korporativ Maliyyə

    Şirkətiniz üçün IPO, M&A və digər korporativ xidmətləri ən effektiv şəkildə təqdim edirik.

  • Şirkətlərin Birləşməsi və Satınalma

    Birləşmə və Satınalma prosesində risk xəritənizi müəyyən etməklə, layihələndirmə və əhatəli planlaşdırmanı təmin edirik.

  • Qiymətləndirmə xidmətləri

    Şirkətinizin dəyərinə təsir edən faktorları müəyyən edərək əlavə dəyər qatırıq.

Image title


İLKİN KÜTLƏVİ YERLƏŞDİRMƏ

InvestAZ-da İlkin Kütləvi Yerləşdirmə

İnvestorların marağını cəlb etmək, ictimaiyyətdə imicinizi artırmaq və daha mükəmməl idarəetmə strukturu istəyirsinizsə, şirkətimizin İPO xidmətindən faydalanın.

  • IPO nədir?

    Bir təşkilat tərəfindən hər hansı bir şirkətin pay sənədlərinin və ya başqa maliyyə alətlərinin investorlara çoxlu sayda satılmasını ifadə edir. Ümumlikdə, İlkin Kütləvi Yerləşdirmə, şirkətlərə kapital cəlb edilməsini təmin etmək üçün istifadə olunan bir vasitədir.

  • Geniş kütləyə çıxış

    İlk dəfə kütləvi yerləşdirməyə çıxarılan şirkətə təqdim olunan xidmət IPO, artıq yerləşdirməsi həyata keçirilmiş şirkətin yenidən IPO olunması isə Təkrar IPO adlanır.

  • Payların satış üsulları

    İlkin Kütləvi Yerləşdirmə zamanı investorlara 3 satış üsulu təqdim olunur. Tələb Toplama öz növbəsində 3 hissəyə ayrılır: Sabit qiymətlə tələb toplama, Qiymət təklifi almaq yolu ilə tələb toplama, Qiymət intervalı yolu ilə tələb toplama. Digər satış üsulları isə Birjada satış və Tələb toplamadan kütləvi satışdır.

Image title


QAPALI YERLƏŞDİRMƏ

Şirkətiniz bizimlə böyüsün

Rəqib şirkəti almaq planınızda var, və ya şirkətiniz hələ yeni, məqsədləriniz isə çox böyükdür?

  • Qapalı yerləşdirmə nədir?

    Potensial görünən şirkət və ya layihələrə birbaşa sərmayə yatırımı edərək qazanc əldə etmək fürsəti yaradan alətdir.

  • Qapalı yerləşdirmə köçürmələri

    Ümumilikdə edilən investisiyalar şirkət birləşmələri və/və ya hissə satışı olaraq görünsə də, əməliyyatlar fonda köçürülməsi sürətinə və fondun nizamnamə şərtlərinə görə idarə olunur.

  • Qapalı yerləşdirmə detalları

    Qapalı yerləşdirmə fondları əsasən pensiya fondları, sığorta şirkətləri, fondlar, şirkətlər və fiziki ortaqlıqlar daxil olmaqla ərsəyə gəlir.

FƏRDİ GÖRÜŞ

Xidmətlərimizlə bağlı suallarınıza ofisə yaxınlaşaraq peşəkarlardan cavab alın.

FƏRDİ GÖRÜŞ AL

SİZƏ ZƏNG EDƏK

Əlaqə vasitələrinizi qeyd edin, mütəxəssislərimiz sizi ətraflı olaraq məlumatlandırsın.

MƏNƏ ZƏNG EDİN

BİZİ SEÇƏNLƏR

WHY REPUTE

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234