QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ
FOREXPEDIA

FOREX HAQQINDA HƏR ŞEY

FOREX-İN ƏSAS ANLAYIŞLARI
Bid qiymət 

Ask qiymət nədir?

Bu məlumatları dostlarınla paylaş:

BİD QİYMƏT ASK QİYMƏT NƏDİR ?

Forex bazarında əməliyyat edərkən, mövqeyimizin növünə görə ən yaxşı qiymətdən bazara daxil olmaq istəyirik. Alış ediriksə ən aşağı qiymətdən almaq, satış ediriksə ən yüksək qiymətdən satmaq istəyirik.


FOREX bazarında iki fərqli qiymət növü əmələ gəlir: Ask və Bid qiymət. Alış istiqamətli əməliyyat edərkən “Ask”, satış istiqamətli əməliyyat edərkən isə “Bid” qiyməti üzərindən ticarət edilir. Ticarətin hansı qiymət üzərindən həyata keçirilməsi, əməliyyatın alış və ya satış olmasından asılı olaraq dəyişir.


Tezliklə ASK qiymət və BID qiymət haqqında hazırlanacaq videonu izləyərək məlumat ala bilərsiniz. 

Ask qiymət, bid qiymətin üzərində bir qiymətdir. Yəni, bir valyutanı almaq üçün ödədiyiniz pul, satmaq üçün ödədiyiniz puldan hər zaman çoxdur.

Ask qiymət ilə Bid qiymət arasındakı fərq isə "Spred"-dir. Yəni, alış və satış qiymətləri arasındakı fərq deməkdir. Adətən investorlar, alış və satış arasındakı fərqi minimuma endirəcək şəkildə əməliyyat etmək istəyərlər və xərclərini minimum etməyə çalışarlar. 

Forex əməliyyatlarında tətbiq olunan alış - satış qiymətlər fərqi vasitəçi təşkilatın gəliridir. Spred dərəcələrini aşağı səviyyədə tuta bilən vasitəçi təşkilatlar ümumiyyətlə sərmayə baxımından güclü şirkətlərdir. Buna görə, investorlar vasitəçi təşkilat seçərkən spred dərəcələri aşağı səviyyədə olan, alış satış arasındakı fərqi minimum səviyyəyə endirə bildikləri bir vasitəçi qurum ilə çalışmalıdırlar.

PULSUZ FOREX SEMİNARI İLƏ YATIRIMÇILIĞA İLK ADDIM.

#ÖyrətməkOlsun sizi InvestAZ yatırım dünyası ilə Forex bazarlarını öyrənməyə dəvət edirik.

PULSUZ QATIL

Ask və Bid qiymət səviyyəsinin əməliyyatlarınıza təsiri

Daha əvvəl də bildirdiyimiz kimi, Forex bazarında əməliyyat edərkən iki fərqli qiymət meydana gəlir. Alış istiqamətli mövqe açılacaqsa "Ask", satış istiqamətli mövqe açıldıqda isə "Bid" qiymət üzərindən əməliyyat edilir.


Əməliyyatın hansı qiymət səviyyəsindən açılacağı, mövqenin alış və ya satış olmasına bağlı olaraq dəyişir. 


VALYUTA

ASK QİYMƏT

BID QİYMƏT

EURUSD

1.12355

1.12350


1 lot EURUSD alışı etmək istədikdə ödəməmiz lazım olan təminat miqdarı (1: 100 kredit çiyni fərz etsək)

(1,12355*1)*(100)=  1123,55 USD olacaqdır.


1lot EURUSD satmaq istədikdə isə; bid qiymət üzərindən təminat miqdarı,

(1,12350*1)*100= 1123,50 USD olacaqdır. Aradakı 0,05 USD isə spred nisbətidir.

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA