QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ

FOREXPEDIA

FOREX HAQQINDA HƏR ŞEY

FOREX-İN ƏSAS ANLAYIŞLARI
Spred nədir?

Bu məlumatları dostlarınla paylaş:

SPRED NƏDİR ?

Spred: Bir valyutanın alış qiyməti ilə satış qiyməti arasındakı fərqi ifadə edir. Foreks bazarında yatırım edən investor ticarət etdiyi valyuta cütünü eyni bir qiymətdən alıb, satmaz. Müvafiq valyuta cütü üçün bazarda alış və satış qiyməti vardır. Foreks əməliyyatlarında komissiya haqqı yoxdur. Sadəcə Spred adlanan əməliyyat xərci adlanır. İnvestorun ticarət edərkən ödədiyi alış və satış qiyməti arasındakı fərq olan əməliyyat xərcinə Spred deyilir. 

Sizin üçün hazırlanan 2 dəqiqəlik qısa videonu izləyərək SPRED haqqında məlumat ala bilərsiniz.

Məsələn, EUR/USD valyuta cütündə alış qiymətinin 1.0591, satış qiymətinin isə 1.0593 olduğunu fərz edək. Bu zaman EUR/USD valyuta cütünün spredi 2 pip-dir.


Yəni, EUR/USD valyuta cütü ilə FX-də 1 Lotluq ticarət etmək üçün əməliyyat xərci 2 pip-dir.

Forex bazarında Spred ticarət olunan valyuta cütündə alış və satış qiymətləri arasındakı fərq olduğu üçün ticarət olunan valyuta cütləri üzrə müxtəlif həcmdə ola bilər. Forex bazarında yeni ticarət əməliyyatını həyata keçirdiyiniz an siz ilk olaraq Spred qədər zərərlə başlayırsınız. Bu anlayış valyuta mübadiləsi şöbəsinin alış və satış fərqi tətbiq etməsinə bənzəyir.


Spred həcmi müvafiq maliyyə alətinin likvidlik səviyyəsinə və foreks bazarının hərəkətliliyinə görə dəyişə bilir. Likvidlik azlığı halında alış və satış arasındakı fərq arta bilər və bunun nəticəsində də Spred də artacaqdır. Önəmli məlumatların açıqlanması zamanı və ya ondan əvvəl, sonra, həmçinin müvafiq maliyyə aləti üzrə ticarətin başlanması saatlarında da Spred genişlənməsi müşahidə oluna bilər.


Forex bazarında standard olaraq “Dinamik Spred” siyasəti vardır. Banklararası bazardakı Spred həcmləri dinamik olaraq bazardakı əməliyyat həcminə görə dəyişir. Lakin bəzi vasitəçi qurumlar “Sabit Spred” siyasəti ilə müəyyən maliyyə alətləri üzrə sabit Spred təyin edə bilərlər.


Adətən “valyuta kəsri” kimi ifadə edilən Spred “pip” ilə hesablanır.


NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim hesabınaİNDİ BAŞLA