QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ
FOREXPEDIA
FOREX HAQQINDA HƏR ŞEY

TEKNİKİ GÖSTƏRİCİLƏR
Tikan fiquru

Bu məlumatları dostlarınla paylaş:

TİKAN FİQURU

Takoz FormasyonuTikan fiquru, texniki analizdə çox sıx rast gəldiyimiz bir fiqur növü deyil. Ümumi etibarilə üçbucaq fiquru ilə olduqca oxşar xüsusiyyətlər daşıyırlar. Zirvə nöqtələri ilə çəkilən xətt ilə eniş nöqtələri üçün çəkilən xəttlərin eyni istiqamətdə daralaraq davam etməsi nəticəsində yaranan, üçbucağa bənzəyən fiqurdur.


Tikan fiqurunda qiymətlər getdikcə daralan bir kanal içərisində hərəkət edərlər, lakin qiymətlər, üçbucaq fiqurunda olduğu kimi iti bir uc nöqtədə kəsişməz.

Eynilə üçbucaq fiqurlarında olduğu kimi, azalan və artan tikan fiqur növləri görə bilərik.


Əgər yaranan qiymət səviyyəsi, bir əvvəlki qiymət səviyyəsindən daha aşağı bir səviyyəni zirvə olaraq test edirsə "Azalan Tikan" mövcuddur. Fiqur çalışdığında, ümumiyyətlə tikan fiquru istiqamətiylə eyni istiqamətdə bir qırılma həyata keçirir və qiymət, kanalın alt xəttini qıraraq sürətlə düşməyə başlayır. Bu vəziyyətdə satış mövqeyi açmaq məntiqli bir əməliyyat ola bilər.Tam əks vəziyyətin meydana gəlməsi da ehtimal daxilindədir. Yəni, azalan tikan fiqurunda kanalın üst xətti qırılaraq sürətli yüksəlişlər də reallaşa bilər.

Qiymət səviyyəsi bir əvvəlki qiymət səviyyəsinə görə daha yüksək bir dib səviyyəsini test edirsə, "Artan Tikan" fiqurunun mövcud olduğunu söyləyə bilərik. Artan tikan fiquru çalışdığında, yuxarıya doğru bir qırılma baş verir və qiymət sürətli şəkildə artmağa başlayır. Bu vəziyyətdə də alış mövqeyi açıla bilər. Lakin, kanalın alt səviyyəsində bir qırılma reallaşması və satışların sürətlənməsi ehtimalı da mövcuddur.

Tikanlar, eniş edən bazarlarda qiymətlərdə baş verə biləcək ani bir hərəkətin xəbərçisi olduğu üçün texniki analizdə önəmli bir fiqurdur.

PULSUZ FOREX SEMİNARLARINA QATILIN

#ÖyrətməkOlsun Sizi InvestAZ yatırım dünyası ilə Forex bazarlarını öyrənməyə dəvət edirik.

PULSUZ SEMİNARA QATIL

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim hesabınaİNDİ BAŞLA