QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ

FOREXPEDIA

FOREX HAQQINDA HƏR ŞEY

FOREX-Ə GİRİŞForex-in Tarixi

Bu məlumatları dostlarınla paylaş:

FOREX-İN TARİXİ

DÜNYADA FOREX-İN İNKİŞAFI

XX əsrin 30-cu illərində dünyada maliyyə böhranının baş verməsi nəticəsində ölkələrarası ticarət, iqtisadi əlaqələrdə tarazlıq pozuldu. Amerika Birləşmiş Ştatlarında başlayan iqtisadi böhran, qlobal maliyyə böhranına çevrildi və ölkələrarası ticarət dayandı. Böhran dövrünə qədər maneəsiz işləyən qızıl valyuta sistemi tarixə qovuşdu.  Bu dövrdə London, dünyanın ən böyük maliyyə mərkəzinə çevrildi.


1930-cu ildə İsveçrənin Bazel şəhərində Beynəlxalq Hesablaşmalar Bankı yaradıldı. Bu qurumun yaradılmasında əsas məqsəd yenicə müstəqillik əldə etmiş və ödəniş balansında müntəzəm kəsr müşahidə olunan ölkələrə maliyyə yardımının göstərilməsi idi.

Bugün Foreks olaraq bilinən maliyyə bazarının təməli 1973-cü ildə qoyulmuşdur. Lakin pulun bir valyutadan digər valyutaya çevrilməsi çox qədim zamanlardan bəri mövcud olmuşdur.

1944-cü ildə Amerikada, Amerika və Böyük Britaniya başda olmaqla 45 ölkənin qatıldığı “Bretton-Wood” konfransı keçirildi.


 “Bretton-Wood” konfransı ilə bu günki FOREKS bazarının bünövrəsini qoyan aşağıdakı qərarlar qəbul edildi:


  1. Beynəlxalq Valyuta Fondu ölkələrin iqtisadi əlaqələrini tənzimləyən mərkəzə çevrildi;

  2. Beynəlxalq valyuta ehtiyatları olaraq Amerika dolları və Böyük Britaniya funt sterlinqi valyutaları müəyyən edildi;

  3. Bütün valyutaların qızıl və ya müəyyən bir qızıl keyfiyyətinə əsaslanaraq ABŞ dolları ilə ifadə edilməsi qəbul edildi;

  4. Keçid dövrünün sonunda bütün valyutalar bir-birinə dəyişdirilə (konvertasiya edilə) bilər;

  5. Beynəlxalq Valyuta Fonduna üzv ölkələr üzvlük haqlarını milli valyuta və qızıl ilə ödəyə bilərlər.

1971-ci ilin dekabr ayında Vaşinqton ştatının “Smithson” universitetində keçirilən beynəlxalq tədbirdə:

Müəyyən edilmiş valyuta cütlüklərində kənarlaşma intervalının 4,5% nisbətində dalğalanmasına icazə verildi. Lakin bir müddət sonra Almaniya bu sistemə 5 milyard dollar həcmində valyuta intervensiyası həyata keçirdi və nəticədə Avropa ölkələri ilə Yaponiya birjaları bağlanmaq məcburiyyətində qaldı.


Amerika höküməti isə dolların devalvasiyasına qərar verdi. İnkişaf etmiş ölkələr dollarla bağlı sabit valyuta sistemindən imtina edərək, birjalar tərəfindən müəyyən olunan sərbəst valyuta məzənnələri rejiminə keçdilər.


1999-cu ilin Yanvar ayında:


  1. Avro (EUR) ilk dəfə Avropa Pul vahidi olaraq birjaya daxil edildi

  2. 11 Avropa Birliyi ölkəsi milli pul vahidlərini avroya nisbətdə sabit tutmağı qərara aldı

  3. Avropa Mərkəzi Bankı Avropa Birliyi üçün valyuta siyasətini həyata keçirən quruma çevrildi.


AZƏRBAYCANDA FOREX-İN İNKİŞAFI

Bakı Fond Birjası ilk dəfə olaraq Azərbaycanda FOREKS bazarını mütəşəkkil bazara gətirərək, əməliyyatların birja vasitəsi ilə aparılmasına və  birbaşa monitorinqinin həyata keçirilməsinə nail oldu. Beləliklə, maliyyə təşkilatları FOREKS ticarəti üzrə xidmət vermək üçün Bakı Fond Birjasının platformasını əldə edir, daha sonra isə bu platformanı birbaşa öz müştərilərinə təklif edirlər. Bütün verilən tapşırıqlar Bakı Fond Birjası daxilində həyata keçirilir. BFB ilə müqavilə bağlayan və əməliyyatlar üzrə gündəlik likvidliyi təmin etmək üzrə öhdəlik götürmüş Market Meyker isə bütün verilən sifarişlərin qarşı tərəfi kimi çıxış edir.


Bununla FOREKS bazarı tənzimlənən sahəyə çevrilib və qanunvericilik bazasının yaradılması üçün doğru infrastruktur qurulub. Bazarda pərakəndə müştərilərin hüquqları effektiv şəkildə qorunur, yarana biləcək hər hansı mübahisəli məsələlər birbaşa müvafiq qanunvericilik çərçivəsində həll olunur. Bu sahənin dövlət tərəfindən nəzarət olunması üçün atılan ilkin addımlardır, bu təcrübə yaxın gələcəkdə daha təkmilləşmiş və bazarı daha səmərəli şəkildə qorumaq üçün qanunvericilik bazasının yaradılmasında əvəzsiz rol oynayacaqdır.


Azərbaycan Respublikasında investisiya qiymətli kağızlarının buraxılışı, dövlət qeydiyyatı, kütləvi təklifi, depozitar və ticarətsonrası sistemləri, qiymətli kağızların və törəmə maliyyə alətlərinin tədavülü 15 may 2015-ci il tarixli "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən tənzimlənir.

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA