QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ
FOREXPEDIA
FOREX HAKKINDA HERŞEY

FOREX İLƏ YATIRIM İDARƏÇİLİYİ
Forex-də psixoloji aspektlər

Bu məlumatları dostlarınla paylaş:

FOREX BAZARINDA PSİXOLOJİ ASPEKTLƏR


Maliyyə bazarında baş verən dəyişiklikləri daha yaxşı qavramaq üçün hər şeydən əvvəl insan psixologiyasını incələmək lazımdır. Gündəlik həyatdakı qorxu, təlaş, narahat olmaq kimi hisslərimiz sərt bazar şərtlərinin mövud olduğu birjalarda ağ kağız üzərinə tökülmüş mürəkkəb kimidir. Hər insana xas olan daxili hisslər, qorxu, tamah, ümid və s. yüksək tempə malik birjada ticarət edənlərin fəaliyyətində başlıca rol oynayır.


Zəif və özünə güvənən, tamahkar və ləng bütün bu xüsusiyyətlərə sahib insanlar bazarda uğursuzluqlarla üzləşməyə məhkumdurlar. Şəxsi keyfiyyətlərinə və imkanlarına, daxili xaraketin müsbət və mənfi cəhətlərinə bələd olmaq bazar iştirakçısını müflisləşmə təhlükəsindən xilas edə bilər. 

Bazar analizlərimizi, psixoloji vəziyyət və kütlə psixologiyasını doğru analiz edə bilsək, investisiya fəaliyyətində uğur qazanmaq şansını tam təmin etmiş olarıq.

PULSUZ FOREX SEMİNARI İLƏ YATIRIMÇILIĞA İLK ADDIM.

#ÖyrətməkOlsun sizi InvestAZ yatırım dünyası ilə Forex bazarlarını öyrənməyə dəvət edirik.

PULSUZ QATIL

TAMAH HİSSİ

Tamah hissi hiss edilməyəcək dərəcədə az olduqda bazar iştirakçısı az sayda ticarət əməliyyatları icra edəcək və bununla çox sayda fürsətləri qaçıracaqdır. Bu cür insanların digər biznes növlərində sakit əmək fəaliyyəti ilə məşğul olmaları tövsiyyə olunur. Tamah hissi kifayət qədər yüksək olan bazar iştirakçıları mümkün qədər çox sayda əməliyyatlar icra etməyə çalışacaq və bununla da özünü qeyri-müəyyən hallarla üzləşmək riski ilə qarşı qarşıya qoyacaqdır. Bu halda birja fəaliyyəti ilə məşğul olmaq əvəzinə  daha az büdcə tələb edən əyləncələrdə iştirak etmələri tövsiyyə olunur.



Rasional motivasiya

Əsasən gənc və bəzən də təcrübəli investorlarda ilkin ticarət əməliyyatını icra edənədək keçən dövr ərzində baş verir.


Qeyri-rasional motivasiya

Bu motivasiya növü bəzən “Oyun həvəskarı” olaraqda adlandılır. Bəzi bazar iştirakçıları hisslərinə nəzarət etmək iqtidarında, bəziləri isə emosiyalarının quluna çevrilirlər. Bu tip insanlar gec ya da tez uğursuzluqla üzləşirlər.


Taham hissinin baş qaldırdığını necə müəyyənləşdirmək olar?

  1. Əgər treyder bazarı digər iştirakçılarından soruşursa;

  2. Əgər treyder digər şəxslərlə özünün digər əməliyyatlarını müzakirə edirsə;

  3. Əgər treyderin əməliyyatları icra etməzdən öncə hazırlanmış fəaliyyət planı yoxdursa.

ÜMİD VƏ GÜMAN

Bazar iştirakçısını ticarət əməliyyatları icra etməyə sövq edən faktorlardan biri də mənfəət qazanmaq ümidir. Ancaq bu hiss lazım olandan çox olması müflisləşməyə səbəb ola bilər. Ümid və tamah hissi birja iştirakçısında tədqiqat hissini üstələməməlidir. Hədsiz ümid hissi birja fəaliyyətinə yeni qoşulan treyderlərin müflüsləşməsinə gətirib çıxara bilər.


Ümid hissi aşağıdakı hallarda bazar iştirakçısının fəaliyyəti ilə bağlı qərarlarına təsir göstərir:

  1. Əməliyyat az miqdarda zərərlə nəticələnirsə ümid qaçılmaz, doğru şəkildə istifadə olunursa mənfəət təmin oluna bilər;

  2. Əməliyyatın zərərə getdiyi anda ümid hissi ən yüksək həddə çatır. Bu halda bazar iştirakçısı üçün ümid hissini, bazarın real hərəkətindən fərqləndirmək olduqca çətindir. Bu vəziyyətdən çıxış yolu bütün zərərli əməliyyatları bağlamaq və ya ümumiyyətlə bazardakı dəyişiklikləri bir müddət izləməməkdir.

QORXU

Qorxu hissi ticarət əməliyyatlarında zərər meydana gəldiyi zaman yaranır. Bazarın bəzi iştirakçılarını qorxu hissi iflic edir və onlar fəaliyyətlərini vaxtında dayandıra bilmikləri üçün zərərə uğrayırlar. Digər iştirakçılarda isə qorxu hissi kifayət qədər analiz edilməmiş yeni əməliyyatlar icra etməyə sövq edir ki, bu da nəticədə zərər həcminin artması ilə müşayət olunur. 

Kritik vəziyyətlərdə bazarda qiymətlərin dəyişməsi ilə xoşbəxt gələcək barəsində ümidlərin getdikcə məhv olmasını izləməkdənsə müəyyən tədbirlər görmək daha məqsədə uyğundur.

Unudulmamalıdır ki, bazar iştirakçılarının zəif nöqtələri, təcrübəli treyderlər üçün gəlir mənbəyidir.

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim hesabınaİNDİ BAŞLA