QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ
FOREXPEDIA
FOREX HAQQINDA HƏR ŞEY

FOREX-Ə GİRİŞ
Forex bazarlarında Qızıl ilə ticarət

Bu məlumatları dostlarınla paylaş:

FOREX BAZARLARINDA QIZIL İLƏ TİCARƏT

Forex bazarında valyuta cütlükləri ilə ticarət edildiyi kimi əmtəələrlə də ticarət edilə bilinir. Qızıl bir çox investorlar üçün məzənnə riski olmayan, faiz nisbəti, inflyasiya kimi təsirlərə məruz qalmayan etibarlı bir investisiya alətidir. 


Forex bazarında qızıl adətən unsiyalarla qiymətləndirilir və ABŞ dolları ilə indeksləşdirilir. Unsiya qızılın ölçü vahididir və 1 unsiya təxminən 31,10 qram qızıla bərabərdir. Forex bazarında qızıl ilə ticarət edərkən valyutalarla ticarətdə olduğu kimi “Lot” ilə ticarət əməliyyatları həyata keçirilir. Forex bazarının bütün üstünlükləri qızılla ticarət üçün də keçərlidir. Kredit çiynindən istifadə edərək gəlirinizi artıra, fiziki olaraq alqı-satqı etmədiyiniz üçün risk üsulunuzu daha sağlam həyata keçirə bilərsiniz.


Qızıl, Forex bazarındakı investorlar arasında investisiya əməliyyatları zamanı ən çox üstünlük verilən əmtəələrdən biridir.

Qızıl ABŞ Dolları ilə indeksləşdirildiyi üçün dolların dəyərinə təsir edən bütün faktorlar qızıl qiymətlərinə də təsir edir. Qızıl ilə dollar arasında neqativ korellasiya mövcuddur. Bu səbəblə, dollara təsir edə biləcək bütün xəbərlər, ABŞ-da açıqlanan bütün iqtisadi məlumatlar və dollar indeksinin tekniki durumu dolayısı ilə qızıl qiymətlərindəki dəyişikliklərə də təsir etməkdədir.


Təbiiki, qızıl yatırılmlarınızı yönləndirə bilmək üçün dolların hərəkətləri qədər qızıla olan tələb və təklifi də yaxşı analiz edə bilməlisiniz. Məsələn, qızıl istehsalının böyük bir hissəsini təmin edən ölkələrin iqtisadi məlumatları, müharibə riskləri kimi makro iqtisadi təsirləri təqib etmək gərəkdir. Ən yüksək qızıl istehsalını həyata keçirən ölkələr arasında 1. sırada Çin, 2. sırada  isə Avstraliya gəlir. Bu baxımdan Çində açıqlanan ÜDM, Biznes Aktivliyi İndeksi, İnflyasiya, İxrac və Ticarət Balansı kimi informasiyalar qızılın təklif həcminə və dolayısı ilə qızılın qiymətinə təsir edən önəmli faktorlardır.

Həmçinin zaman-zaman investorlar qızılı güvənli “liman” gördüyündən dollara alternativ bir yatırım aləti kimi də istifadə etməkdədirlər. İqtisadi informasiyaların istiqaməti nə olursa-olsun, Forex bazarında qızıl ilə ticarət edərək gəlir qazana bilərsiniz. Əsas olan əməliyyatın istiqamətini və miqdarını düzgün müəyyənləşdirmək və uyğun səviyyələrə Stop Loss/ Take Profit əmrləri qoymaqdır.


Qızıl qiymətləri düşsə də, qalxsa da Forex bazarının iki tərəfli əməliyyat həyata keçirə bilmək üstünlüyü ilə gəlir qazana bilərsiniz.

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim hesabınaİNDİ BAŞLA