QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ

FOREXPEDIA

FOREX HAQQINDA HƏR ŞEY

FOREX-Ə GİRİŞ 

Opsiyon nədir?

Bu məlumatları dostlarınla paylaş:

OPSİYON NƏDİR ?

Opsiyon, müəyyən edilmiş tarixdə müəyyən baza aktivinin əvvəlcədən razılaşdırılmış qiymətlərlə almaq və ya satmaq hüququnu ifadə edən törəmə maliyyə alətidir. Burada müəyyən vaxt çərçivəsində müəyyən maliyyə alətlərinin (qiymətli kağızların) əvvəlcədən təyin edilmiş qiymətlə alınıb-satılması hüququnu verən müqavilənin alqı-satqısı baş verir. Opsion müqaviləsini alan tərəf baza aktivini əvvəlcədən razılaşdırılmış qiymətlə müəyyən edilmiş tarixdə almaq hüququna malik olur, lakin alıcı tərəf bu hüquqdan istifadə etdiyi təqdirdə satıcı tərəf mütləq onu satmaq öhdəliyi daşıyır. Əvvəlcədən müəyyən edilmiş qiymət opsiyonun icra qiyməti adlanır.



Sizin üçün hazırlanmış 2 dəqiqəlik qısa videonu izləyərək OPSİON haqqında məlumat əldə edə bilərsiniz.

SAHİB OLUNAN MÖVQELƏRƏ GÖRƏ OPSİYONLAR

Uzun mövqeyə malik İnvestor (Option Buyer)

  1. Alış opsionunda opsion mükafatını ödəyən və baza aktivini almaq haqqını əldə edən;

  2. Satış opsionunda isə ödədiyi opsion mükafatı qarşılığında baza aktivini satmaq hüququnu əldə edən, yəni satmaq hüququnu alan tərəfdir.

  3. Tənzimlənən opsion bazarlarında uzun mövqeyə malik investorlar opsion mükafatını ödəməkdən başqa hər hansı bir öhdəliyi olmadığından risk də daşımır.

Qısa mövqeyə malik İnvestor (Option Writer)

  1. Alış opsionunda opsion mükafatını alan və baza aktivini satmaq öhdəliyi olan;

  2. Satış opsionunda isə baza aktivini alma öhdəliyi olan tərəfdir.

Opsiyon tipləri

  1. Avropa tipli Opsionlar: Opsionu alan tərəfin, müqavilənin predmeti olan mal və ya qiyməti satmaq və ya almaq hüququndan yalnız müqavilənin bitmə tarixində istifadə etməyə imkan verən opsionlardır.

  2. Amerika tipli opsiyonlar: Müqavilə dövrü ərzində satan və ya alan tərəfin təşəbbüsü ilə istənilən anda istifadə oluna bilən opsionlardır. Bu xüsusiyyət Amerikan opsionunu Avropa opsionundan fərqləndirir və onun yüksək likvidliyini təmin edir.

Opsiyon mükafatı

Alıcının opsionu satın almaq üçün satıcıya ödədiyi məbləğə opsion mükafatı deyilir. Satıcının opsionu yazmaq üçün tələb etdiyi qiymət olub, ümumilikdə əməliyyat anında yenilənmədikdə və opsiondan istifadə edilmədikdə alıcıya təhvil verilmir. Opsion mükafatı, opsion müddətində, opsiona aid olan məhsul və ya maliyyə alətinin bazar qiymətinə, opsionun cari qiyməti arasındakı fərqə, qiymət dalğalanmalarının böyüklüyünə, risksiz faiz göstəricisinə və gəlirliliyinə görə dəyişir.


İstifadə qiyməti (exercise, price, strike price)

Opsiyon müqaviləsində öncədən müəyyən olunmuş və opsion əməliyyatları işlərində söz sahibi olan üçün ödəniləcək alış və ya satış qiymətidir. Qısaca olaraq bu qiymət opsiondan istifadə hüququnun əmələ gətirdiyi qiymətdir.


Son istifadə tarixi (Expiration date)

Bu tarix opsion haqqının son istifadə tarixidir. Bu tarixdən sonra opsion haqqı istifadə oluna bilməz. Müqavilədə satın alan tərəfin müddət sonuna qədər 3 alternativ yolu vardır və almış olduğu opsionu sata bilir.


Müqaviləni satın alan tərəfin müddət sonuna qədər 3 seçimi var:

  1. Almış olduğu opsiyonu sata bilər;

  2. Opsiyonu istifadə edə bilər;

  3. İstifadə müddəti bitənə qədər gözləyə və istifadə edə bilməz, nəticə etibarı ilə verdiyi opsion mükafatı qədər zərər edə bilər;

Opsiyon müqaviləsini satan tərəf isə:

  1. Satmış olduğu opsionun müqaviləsini yenidən satın ala bilər, bununla da əməliyyatını bağlaya bilər;

  2. Opsionu satan tərəf öz haqqını istifadə etmək istərsə, öhdəliyini həyata keçirə bilər;

  3. İstifadə müddəti bitənə qədər opsionu alan tərəf öz hüququndan istifadə etməzsə, aldığı opsion mükafatı qədər mənfəət əldə edər.


MÜQAVİLƏ

NÖVLƏRİ

Alış opsiyonları (Call Options):

Opsiyonu alan tərəfə müqavilənin şərtlərinə uyğun mal və ya qiymətli kağızı müəyyən olunmuş qiymətə almaq hüququ verən opsiyonlardır. Alıcı opsiyonunun alıcısı opsiyonu istifadə etmək istədikdə opsiyonun satıcısı müvafiq baza aktivini satmaq öhdəliyi daşıyır.


Satış opsiyonları (Put Options): 

Opsiyonu alan tərəfə müqavilənin şərtlərinə uyğun mal və ya qiymətli kağızı müəyyən olunmuş qiymətə satmaq hüququ verən opsiyonlardır. “Put” opsiyonun alıcısı opsiyonu istifadə etmək istədikdə opsiyonun satıcısı müvafiq baza qiymətli kağızı almaq öhdəliyi daşıyır.


OPSİYON NÖVLƏRİ

  • Səhm opsiyonları

  • Səhm sənədi üzrə həyata keçirilən alış opsionu müqavilələrində investorların gözləntiləri səhmlərin qiymətinin yüksəlməsi istiqamətindədir. Belə ki, investorun proqnozu doğru olacağı təqdirdə səhmləri daha aşağı qiymətdən alma imkanı yaranacaqdır. Səhmlər üzrə satış opsionlarındakı gözləntilər isə alış opsionunun əksinə olur. Belə ki, satış opsionlarında investorlar səhmlərin qiymətlərinin düşəcəyini proqnozlaşdırırlar və əllərindəki səhmlərini opsion sayəsində Spot bazara görə daha baha qiymətə satmağı planlaşdırırlar.


  • Səhm indeksləri opsionları

  • Səhm opsionlarına bənzəməklə yanaşı indeks opsionları bəzi fəqliliklərə malikdir. Beləki, səhm opsionlarında opsiondan istifadə etmək istədikdə fiziki olaraq alqı-satqı halları mümkün olduğu halda, səhm indeksləri opsionunda nağd hesablaşma üsulu tətbiq edilməkdədir.


  • Valyuta opsiyonları

  • Müqaviləyə uyğun olaraq əsas vəsait xarici pul vahidi olub, opsionu alan tərəf müqavilədə göstərilən valyutanı öncədən müəyyən olunmuş qiymət üzərindən müddət sonunda, yaxud müqavilənin qüvvədə olduğu müddətdə alma və ya satma hüququna malikdir. Valyuta opsionlan valyuta riskini azaltmaq və ya qiymət hərəkətlərindən faydalanaraq mənfəət əldə etmək məqsədi ilə istifadə edilir. Bundan əlavə hər hansı bir valyuta əməliyyatı olmadıqda valyutaların qiymət dəyişikliklərindən faydalanmaq istəyən spekulyantlar valyuta opsionlarına maraq göstərir.


  • Faiz opsiyonları

  • Alış opsionunu almaq istəyən investor opsion mükafatını ödəyərək, faiz dərəcəsinin müqavilədə göstərilən dərəcəni üstələməyəcəyini zəmanət altına almaqla, digər tərəfdən faiz dərəcələrinin düşdüyü təqdirdə aşağı dərəcələr nəticəsində borclanma imkanını itirməyəcəkdir. Satış opsionu alan tərəf isə düşən faiz dərəcələri qarşısında mövcud vəsaitini sabit bir vəziyyətdə qiymətləndirmə imkanı tapacaq, faiz dərəcələrinin yüksəlməsi vəziyyətində isə opsionu istifadə edərək bazardakı yüksək faiz dərəcəsindən faydalana biləcək.


  • Fyuçers müqavilələri üzrə opsiyonlar (Options on Futures)

  • Fyuçers müqaviləsini alma və ya satma hüququ verən opsionlardır. Bu müqavilənin predmeti yenə bir digər fyuçers müqaviləsidir. Burada alış opsionu istifadə edildikdə fyuçers müqaviləsi satın alınmaqda, satış opsionu istifadə edildikdə isə fyuçers müqaviləsi satılmaqdadır. Digər sözlə, opsion istifadə edildikdə fyuçers müqaviləsində hər hansı mövqeyə sahib olursunuz.


Opsiyon əməliyyatlarında təminatlandırma

İnvestor opsiyon mükafatını ödəyərək opsionu alır. Opsionu alarkən təminat yerləşdirmək kimi bir məcburiyyət yoxdur. Lakin opsionu satan investorun müvafiq qurumlar tərəfindən müəyyənləşdirilmiş həcmdə təminat yerləşdirməsi zəruridir. Opsionu satan investorun təminat zəruriliyi mənfəət potensialı ilə məhdud ikən (opsion mükafatı qədər), zərər potensialı alış opsiyonunda məhdudiyyətsiz; satış opsiyonu satışında isə istifadə qiymətinin 0-la arasındakı fərq qədərdir.

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim hesabınaİNDİ BAŞLA