QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ
FOREXPEDIA

FOREX HAQQINDA HƏR ŞEY

FOREX İLƏ YATIRIM İDARƏÇİLİYİ
Yatırım idarəçiliyinin prinsipləri

Bu məlumatları dostlarınla paylaş:

FOREX-DƏ YATIRIM İDARƏÇİLİYİNİN ÜMUMİ PRİNSİPLƏRİ

Təsir edici bir idarə etmə planına sahib deyilsinizsə, investisiyalarınızda gəlir əldə edə bilməyəcəksiniz. Məhz buna görə də kapitalın idarə edilməsi prinsipləri haqqında məlumatlı olmaqda fayda var.



1

Əməliyyatlar üzrə yerləşdirilmiş vəsaitlərin ümumi həcmi kapitalın 50%-dən çox olmamalıdır

Bu prinsip ticarət əməliyyatları açılarkən marjanın nəzərə alınması qaydalarını müəyyən edir. Bazarda gözlənilməz vəziyyətlərin yaranacağı təqdirdə normal fəaliyyətin həyata keçirilməsi üçün saxlanılan rezerv ehtiyatların həcmi ümumi kapitalın həcmindən 50%-dən çox olmamalıdır.

2

Hər bir ticarət əməliyyatı üzrə yerləşdirilmiş vəsaitlərin həcmi ümumi kapitalın 10 - 15%-dən çox olmamalıdır

Bu prinsipə riayət edilməsi bazar iştirakçısını müflisləşməyə səbəb ola biləcək, bir əməliyyat üzrə həddən vəsaitlərin yerləşdirilməsi məcburiyyətindən sığortalayır.

3

Hər Ticarət əməliyyatı üçün müəyyən etdiyiniz kapitalın ümumi həcmi 5%-dən çox olmamalıdır

Mövqe tutduğunuz zaman bu prinsipi qorusanız, bazar gözlənilənlərin əksinə getsə belə sadəcə 5% həcmində zərərə uğrayacaqsınız.

4

Eyni istiqamətli ticarət əməliyyatları üzrə girov şəklində ödənişlərin ümumi həcmi ümumi kapitalın 20-25%-dən çox olmamalıdır

Bazarda eyni istiqamətli tendensiyalar tamamilə oxşar şəkildə təzahür etmir. Hər bir tendensiya üzrə böyük həcmdə əməliyyatların yerləşdirilməsi müvafiq əməliyyatların risk götürmə prinsipini pozur. Vəsaitlərin optimal şəkildə yerləşdirilməsi prinsipi heç zaman nəzərdən qaçırılmamalıdır. Ticarət əməliyatları yerləşdirilərkən hər hansı əməliyyat nəticəsində yarana biləcək zərərlər mümkün qədır digər əməliyyatlar vasitəsilə kompensasiya edilməlidir.

5

İnvestisiya portfelinin diversifikasiya səviyyəsi

Diversifikasiya kapitalın mühafizə edilməsi üsullarından biridir. Ticarət portfeli yaradılarkən əməliyyatların zərər və gəlir dərəcələrinə diqqət edilməlidir.

6

Stop-loss əmrlərinin istifadəsi

Stop-loss ticarət sərəncamları bir qayda olaraq bazar iştirakçısının müvafiq əməliyyatlara nəzarət imkanının olmadığı zamanlarlda zərər həcminin limitlənməsi və ya əlavə gəlirin təmin ediməsi məqsədi ilə yerləşdirilir. 

Stop-loss səviyyəsinin müəyyənləşdirilməsi ilk növbədə bazar iştirakçısının bir əməliyyatlar üzrə müəyyənləşdirdiyi zərər ehtimalı diqqətə alınmalıdır.

7

Mümkün mənfəət və zərər nisbətləri

Hər bir ticarət əməliyyatı zamanı mənfəət norması müəyyənləşdirilməlidir. Mənfəət norması müəyyən edilmiş bir əməliyyat gələcəkdə arzu olunmaz qiymət dəyişikliklərinə qarşı zərər normasının müəyyənləşdirilməsi ilə balanslaşdırılmalıdır.


Ümumiyyətlə invesitiyalarda mənfəət və zərər normaları arasında nisbət 3:1 nisbətində müəyyənləşdirilir. Nümunə: bazar iştirakçısı potensial zərər məbləğini 100 dollar həcmində müəyyənləşdirdiyi zaman gözlənilən mənfəət norması 300 dollar təşkil etməlidir. Ən mənfəətli əməliyyatların çox zaman bir surprizdir. Nəticə əldə etmək üçün uzun müddət gözləmək lazım gələ bilər. Bu səbəbdən gəlirli əməliyyatlar mümkün qədər açıq saxlanılmalı, zərərli əməliyyarlardakı mövqelər isə zamanında bağlanmalıdır.

8

Bir neçə əməliyyatların icrası ilə həyata keçirilən ticarət

Bir neçə əməliyyatın eyni zamanda həyata keçirilməsi ilə ticarət zamanı müvafiq əməliyyatlar 2 qrupa bölünür:


Trend əməliyyatları: 

Trend əməliyyatları üzrə stop-orderlər kifayət qədər böyük intervalda yerləşdirilirməlidir. Belə olan halda əməliyyatlar qısa müddətli korreksiya hərəkətlərindən mühafizə olunmuş olur. Təcrübələr göstərir ki, məhz bu tip əməliyyatlar ticarət fəaliyyəti zamanı daha böyük mənfəət qazandırır. 


Qısamüddətli ticarət əməliyyatları:

Qısamüddətli ticarət xarakterli əməliyyatlar üzrə isə daha sərt stop sərəncamlar yerləşdirilir. Nəticədə bazarda qiymətlər müəyyən səviyyəyə çatdığı zaman bu əməliyyatlar bağlanır və müvafiq qaydada yeni ticarət sərəncamları yerləşdirilir.


PULSUZ FOREX SEMİNARI İLƏ YATIRIMÇILIĞA İLK ADDIM.

#ÖyrətməkOlsun sizi InvestAZ yatırım dünyası ilə Forex bazarlarını öyrənməyə dəvət edirik.

PULSUZ QATIL

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim hesabınaİNDİ BAŞLA