QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ

FOREXPEDIA

FOREX HAQQINDA HƏR ŞEY

FOREX-Ə GİRİŞ Valyuta cütlüyü nədir?

Bu məlumatları dostlarınla paylaş:

VALYUTA CÜTLÜYÜ NƏDİR ?

Bildiyiniz kimi Forex bazarı, internet üzərindən sürətli bir şəkildə yatırım etməni təmin edən və bazar iştirakçılarına 100-dən çox maliyyə aləti ilə ticarət etməyə imkan verən birjadır.


Forex bazarında əsas investisiya edilə biləcək maliyyə alətləri, valyutalar, əmtəələr və birja indeksləridir.

Valyuta məzənnələri Forex bazarında, valyuta cütlükləri olaraq adlandırılır.

Sizin üçün hazırlanmış 2 dəqiqəlik qısa videonu izləyərək VALYUTA CÜTLÜKLƏRİ haqqında məlumat əldə edə bilərsiniz.

Daha sadə dildə izah etsək, valyuta cütlüyü bir ölkənin pul vahidi ilə başqa bir ölkənin pul vahidinə qarşı dəyəridir. Məsələn: Valyuta dəyişmə məntəqəsində AVRO verib qarşılığında DOLLAR almağımız ilə, Forex bazarında EUR/USD cütlüyündə uzun müddətli əməliyyat açmağınız eyni anlama gəlir.


Forex bazarında bütün valyutaları cütlük olaraq görə və ticarət edəcəyiniz valyuta cütlüyündə qısa və ya uzunmüddətli əməliyyat aça bilərik. Beləcə valyuta dəyişmə məntəqəsinə getmədən də, sürətli və daha çox maliyyə aləti ilə ticarət etməyinizə imkan yaradır. Forex bazarında valyuta cütlükləri 2 yerə ayrılır: Əsas və Eqzotik.


Nümunə: 

USD/TRY valyuta cütlüyü və EUR/TRY minor valyuta cütlükləridir və ümumilikdə Türk bazar iştirakçılarının seçimidir. Əsas valyuta cütlükləri ilə müqayisədə minor cütlüklərdə əməliyyat həcmi daha kiçik olduğundan bu cütlüklərdə spred nisbəti yüksək olur.

Forex maliyyə bazarında 6 ədəd əsas valyuta cütlüyü mövcuddur: “AUD/USD, GBP/USD,EUR/USD, USD/CAD, USD/JPY, USD/CHF”


Bu valyuta cütlükləri xaricində olan cütlüklər isə eqzotik cütlüklərdir. Bu cütlüklərə ən çox maraq göstərənlər isə yerli investorlardır.

Forex maliyyə bazarında valyutalarla ticarət etmək, bu valyutaları fiziki olaraq alıb satmaqdan həm daha sürətli, həm də daha sərfəlidir. Məhz buna görə də dünyada olan bütün bazar iştirakçılarının əsas seçimi valyutalarla ticarətdir.


Əsas valyutalar: İqtisadiyyatı inkişaf etmiş ölkələrin investorlarının bu valyuta cütlüklərinə olan marağı yüksək olduğu üçün bu cütlüklərin ticarət həcmi yüksəkdir.

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim hesabınaİNDİ BAŞLA