QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ
FOREXPEDIA
FOREX HAQQINDA HƏR ŞEY

TEKNİKİ ANALİZ
Trend Kanalı nədir?

Bu məlumatları dostlarınla paylaş:

TREND KANALI NƏDİR ?

Bazarlarda bütün qiymət hərəkətləri ümumi təklif və tələb miqdarına görə meydana gəlir. Ancaq bu qiymət hərəkətlərinin də müəyyən bir istiqaməti və dövrü vardır. Müasir texniki analizin qurucusu olan Charles Dow bazar hərəkətlərinin diqqətə çarpan bir istiqaməti olduğunu təyin edərək trend anlayışını ortaya qoymuşdur. Bu nəzəriyyənin məqsədi, bazardakı qiymət trendini təxmin etmək və trendə sadiq qalaraq investisiya etməkdir.


İki paralel düz xəttlərin təsvir edilməsi ilə müəyyənləşdirilmiş kanal qiyməti dəyişikliyinin optimal diapazonu hesab olunur. Kanalın aşağı və ya yuxarı istiqaməti bazardakı mövcud tendensiyanı müəyyən edir. Artım tendensiyası zamanı kanal yuxarı doğru istiqamətlənmiş, eniş tendensiyası zamanı isə kanal aşağı doğru istiqamətlənmiş olur. Bazarda qiymət dəyişikliyinin vahid tendensiyası müşahidə edilmədiyi təqdirdə kanal üfüqi istiqamətdə müşahidə olunur. .


Trend kanalları trend xəttləri vasitəsilə çəkilir. Trend xəttində paralel bir xətt çəkildiyində, trend kanalı görsənir. Trend xəttləri alış və satış nöqtələrini müəyyən etməkdə çox əhəmiyyətlidir. Eyni zamanda trend xəttləri, dəstək və müqavimət bölgələrini də müəyyən edirlər.

Trend xəttini qıran qiymətin nə qədər effektli olduğunu ilkin görmək üçün investor mütləq əlavə texniki göstəricilərdən də istifadə etməlidir.


Ümumiyyətlə, trend kanalı, üst xəttinin qırılmasıyla alışların sürətlənəcəyi, alt xəttinin qırılmasıyla isə satışların sürətlənəcəyi şəklində təqdim edilsə də bu hər zaman doğru nəticə verməyə bilər.

Tezliklə TREND KANALI haqqında hazırlanacaq videonu izləyərək məlumat ala bilərsiniz. 

PULSUZ FOREX SEMİNARLARINA QATILIN

#ÖyrətməkOlsun Sizi InvestAZ yatırım dünyası ilə Forex bazarlarını öyrənməyə dəvət edirik.

PULSUZ SEMİNARA QATIL

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim hesabınaİNDİ BAŞLA