FOREXPEDIA
FOREX HAQQINDA HƏR ŞEY
FOREX-Ə GİRİŞ Valyuta məzənnəsi nədir?
Bir ölkənin pulu sadəcə o ölkənin daxilindəki alqı-satqı işlərində istifadə olunur. Məsələn, Azərbaycandakı bir şirkətin Avropa ölkələrindən məhsul idxal etmək üçün onun Avroya ehtiyacı vardır. Bu səbəblə idxalatçı Azərbaycan manatı (AZN) verərək, Avro (EUR) almaq məcburiyyətindədir. Bununla əlaqədar olaraq, xarici ticarət əlaqələri valyuta mübadiləsindən istifadəni şərtləndirir. Valyutalar bir əmtəə kimi alınır və satılır.
Valyuta Məzənnəsi milli pul vahidinin xarici ölkənin valyutası qarşısındakı qiymətini ifadə edər. Qısacası, valyuta xarici ölkənin pul vahidinə verilən addır.
Hər hansı bir valyutanın məzənnəsi həmin məzənnəyə olan tələb və təklif səviyyəsinə uyğun olaraq, sərbəst şəkildə və ya valyutanın aid olduğu ölkənin Mərkəzi Bankının bazardan valyuta alaraq, ya da bazara valyuta sataraq həyata keçirdiyi müdaxilələr çərçivəsində müəyyənləşdirilir.
Beynəlxalq bazarlarda hər valyutanın ümumi qəbul edilmiş bir xüsusi simvolu var.
Ən çox istifadə olunan pul vahidlərinin simvolları:
Pul vahidi | Simvol | Pul Vahidi | Simvol |
ABŞ Dolları | USD | Türkiyə Lirəsi | TRY |
AVRO | EUR | Kanada Dolları | CAD |
İngilis Funt-Sterlinqi | GBP | İsveçrə Frankı | CHF |
Yapon Yeni | JPY | Avstraliya Dolları | AUD |
Bu simvollara əsasən hər valyuta məzənnəsinin ayrıca bir simvolu formalaşır.
Hər valyuta məzənnəsinin simvolu 6 işarədən ibarətdir. İlk üç işarə valyuta cütlüyünün birini, digər üç işarə isə valyuta cütlüyünün digərini müəyyənləşdirir.
Məsələn:
Avronun ABŞ Dollarına nəzərən məzənnəsi EUR/USD olaraq, ABŞ Dollarının Türk Lirəsinə nəzərən məzənnəsi USD/TRY olaraq göstərilir.
NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?
Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.
InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.
Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.
İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.