FOREXPEDIA
FOREX HAQQINDA HƏR ŞEY

TEKNİKİ GÖSTƏRİCİLƏR
Dəyişən orta göstərici

Bu məlumatları dostlarınla paylaş:

DƏYİŞƏN ORTA GÖSTƏRİCİ

Dəyişən orta göstərici sadə və daha geniş olduğundan bazar iştirakçıları tərəfindən ən çox istifadə olunan göstəricidir. Dəyişən orta göstərici qiymət dalğalanmalarının müəyyən period üzrə orta ölçüsünü göstərir və trendlərin müəyyən olunması üçün istifadə edilir. Lakin bu indikatorun çatışmayan cəhəti qiymət dəyişiklikliyi barədə gec siqnal verməsi ilə bağlıdır.


Dəyişən orta göstərici istifadə edərkən analiz edilən dövrün nə qədər uzun olarsa, o qədər qısa müddətli dəyişən orta göstərici seçilməlidir. Seçilmiş müddət nə qədər qısa olarsa dəyişən orta göstərici qiymət göstəricilərinə o qədər sürətli reaksiya verir. Müddət çox böyük seçilərsə indikatorlar çox sayda səhv siqnal verə bilər.


Qiymət dəyişikliyini xarakterizə edən qrafik çubuqlar orta xətt göstəricisindən yuxarıda və ya aşağıda olduğu zaman trendin davam edəcəyi ehtimalı daha yüksəkdir. Qrafik çubuqlar orta xətti kəsdiyi və ya ona toxunduğu zaman trendin istiqamətini dəyişəcəyi ehtimalı artır, xüsusən bağlanış qiymətləri müvafiq olaraq orta xətti kəsdiyi zaman bu ehtimal daha da böyük olur.


Dəyişən orta göstərici aşağıdakı düsturla hesablanır:

MA= (Pn + Pn-1+.....+P1)/n

MA= Orta dəyişən göstərici

Pn,Pn-1,P1=   Ötən dövrlərin bağlanış qiyməti

n= Baxılan günlərin sayı

Qiymətlər qısa müddətli ortalamanı kəsdiyi zaman kiçik, uzunmüddətli ortalamanı kəsdiyi zaman isə böyük korreksiya hərəkətləri meydana gələ bilər. 


Nümunə: Günlük qrafiklərdə istifadə olunan dəyişən orta göstərici 89, həftəlik qrafiklərdə isə 21 gündən çox olmamalıdır.

Tezliklə DƏYİŞƏN ORTA GÖSTƏRİCİ haqqında hazırlanacaq videonu izləyərək məlumat ala bilərsiniz. 

ORTA DƏYİŞƏN GÖSTƏRİCİ İLƏ ANALİZ EDƏRKƏN DİQQƏT EDİLMƏLİ MƏQAMLAR

Dəyişən orta göstərici güclü hərəkətlərin müşahidə olunduğu bazarlarda daha yaxşı işləyir.


  1. Dəyişən orta göstərici və qiymət qrafiklərinin kəsişmə nöqtəsi müəyyənləşdirilməli;

  2. Dəyişən orta göstəricinin maksimum və minimum səviyyələrini izləyən qiymət dəyişikliyi nöqtələri müəyyənləşdirilməli;

  3. Dəyişən orta göstəricinin və qiymət qrafikinin ən böyük kənarlaşma nöqtəsi müəyyən müəyyənləşdirilməli;

  4. Dəyişən orta göstəricinin hərəkəti izlənilməlidir.

PULSUZ FOREX SEMİNARLARINA QATILIN

#ÖyrətməkOlsun Sizi InvestAZ yatırım dünyası ilə Forex bazarlarını öyrənməyə dəvət edirik.

PULSUZ SEMİNARA QATIL

SADƏ DƏYİŞƏN ORTA GÖSTƏRİCİ

Müəyyən period ərzində müşahidə olunmu bağlanış qiymətlərinin cəminin müvafiq periodunu xarakterizə edən rəqəmə bölünməsi ilə hesablanır. Ümumilikdə MA9 və MA14 ən çox istifadə olunan sadə dəyişən orta göstəricidir. 

MA9 və MA14 orta xətt göstəricilərinin kəsişdiyi nöqtə mövcud tendensiyanın dəyişmə siqnalı hesab olunur.


Aşağıdakı şəkildə hesablanır:

MAn= ( P1+P2+...+Pn) / n

HESABLANMIŞ ORTA GÖSTƏRİCİ

Hesablanmış orta göstərici, müəyyən bir zaman periodu ərzində son günlərdəki qiymətlərə üstünlük verilərək hesablanmış orta göstərici növüdür. FOREX bazarında xüsusilə də qısamüddətli olaraq istifadə olunan investisiya modelləri üçün olduqca əlverişli göstəricidir.


Hesablanmış orta göstərici aşağıdakı şəkildə hesablanır:

WMA3 = (3P1+2P2 +P3) / (3+2+1)

EKSPONENSİAL ORTA GÖSTƏRİCİ

Eksponensial orta göstərici qiymət dəyişikliyini daha effektiv şəkildə proqnozlaşdırmağa imkan verir, lakin bazarda konsolidasiya zamanı yanlış siqnallarla müşahidə olunur. 


Eksponensial orta göstəricinin əsas üstün cəhəti sadəcə müəyyən zaman aralığında deyil, bütünlükdə ötən dövr ərzində baş vermiş bütün qiymət dəyişikliklərini nəzərə almasıdır.


Eksponensial orta göstərici aşağıdakı şəkildə hesablanır:

EMAk = ⅔ *P3 + ⅓ * EMAk-1


Hareketli Ortalamalar

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim hesabınaİNDİ BAŞLA