FOREXPEDIA
TEKNİKİ GÖSTƏRİCİLƏR
Bollinger xəttləri
1980-cı illərdə Con Bollinger tərəfindən inkişaf etdirilən bir analiz növüdür. Bollinger xəttləri yatırım bazarında olduqca çox istifadə olunan bir indikatordur. Bu indikator bazarın istiqaməti haqqında məlumat verməsi, gələcək qiymət hərəkətlərini asan və sürətli şəkildə təxmin edə bilmə xüsusiyyəti daşıyır. Xüsusilə Forex bazarı kimi qiymət hərəkətliliyinin çox olduğu bazarlarda Bollinger xəttləri tez-tez istifadə edilir. Bollinger xəttləri sayəsində, qiymət və göstərici hərəkətləri arasında əlaqə analiz edilə və trend təqibi edilə bilir.
Bollinger xətlərinin analizi əsasında ticarət qərarları yalnız qiymət qrafikinin yuxarı bollinger xəttini və ya aşağı bollinger xəttini kəsdiyi zaman qəbul edilir.
Bollinger indikatoru 3 xətdən ibarətdir: Orta xətt və orta xətdən standart kənarlaşmaya qədər aralıda yerləşən iki sərhəd xətləri.
Bollinger xəttlərinin riyazi formulu bu şəkildədir:
Orta Bollinger xətti: 20 günlük hərəkətli ortalama
Alt Bollinger xətti: Orta Bollinger xətti - 2 Standart dəyişmə
Üst Bollinger xətti: Orta Bollinger xətti + 2 Standart dəyişmə
Trend istiqaməti haqqında da məlumat verən Bollinger xəttlərinin kəsişməsi, mövcud trendin əksinə istiqamətdə düzəltmə hərəkəti yaranacağının siqnalıdır. Lakin qiymət dalğalanmaları Bollinger xəttlərinin arasında qaldığında, bazarın önünə dair qəti bir şey söyləmək olmaz. Bollinger xəttlərinin daralması sabit bir bazar olduğuna işarə edərkən, xəttlərin kəsişməsi isə, bazarda bir düzəliş hərəkətinin olacağına dair erkən siqnaldır. Orta Bollinger xətti eniş hərəkətlərində trend müqavimət xətti, yüksəlmə trendində isə trend dəstək xətti olaraq təqib edilə bilər. Bollinger xəttləri ilə əməliyyat qərarı, qiymət yalnız alt və ya üst xətti qırdığında edilir. Qiymət dalğalanmaları xətlər arasında qaldığı müddətcə bazarın istiqamətiylə əlaqədar qəti siqnal müəyyənləşə bilməz.
PULSUZ FOREX SEMİNARLARINA QATILIN
#ÖyrətməkOlsun Sizi InvestAZ yatırım dünyası ilə Forex bazarlarını öyrənməyə dəvət edirik.
NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?
Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.
InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.
Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.
İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.