OSİLYATORLAR
Stoxastik
Stoxastik indikatoru, seçilmiş zaman üçün bağlanış qiymətlərinin günlük ən yüksək və ən aşağı səviyyələrini ölçən və qiymətlərin dönüş nöqtələrini müəyyən edən bir indikatordur. Qısa olaraq həddindən artıq alış-satış nöqtələrinin müəyyən olunmasında istifadə olunan bir ossilyatordur.
Stoxastik indikatoru qiymət dəyişikliklərinə qarşı daha həssasdır və böyük dəyişmə aralığına malikdir. RSI indikatorundan fərqli olaraq bu indikator mövcud bazar vəziyyəti ilə bağlı daha ətraflı məlumatı özündə birləşdirir.
Stoxastik Ossilyatoru aşağıdakı düsturla hesablanır:
K = (C-L) / (H-L)*100
K = Stoxastik İndikatoru
C = Son bağlanış qiyməti
L = Son N gündə ən aşağı qiymət səviyyəsi
H = Son N gündə ən yüksək qiymət səviyyəsi
Stoxastik indikatoru ilk dəfə George C. Leyn tərəfindən yaradılmışdır.
STOXASTİKİN İSTİFADƏSİ
Stoxastikdə iki xəttdən istifadə olunur. %K (sürətli Stoxastik K əsasında hesablanmış 3 periodlu sadə dəyişən orta göstəricidir., %D isə (yavaş stoxastik) - %K əsasında hesablanmış 3 periodlu sadə dəyişən göstəricidir. Qiymət dəyişikliyi yeni maksimum səviyyəyə çatdığı halda %K qrafikində yeni maksimal səviyyə yaranmırsa, trend istiqamətinin aşağı doğru gedəcəyini gözləmək olar. Əksinə, qiymət dəyişikliyi yeni minimal səviyyəyə endiyi halda %K qrafikində yeni minimal səviyyə yaranmırsa, trend istiqamətini yuxarı doğru dəyişəcəyini gözləmək olar.
PULSUZ FOREX SEMİNARLARINA QATILIN
#ÖyrətməkOlsun Sizi InvestAZ yatırım dünyası ilə Forex bazarlarını öyrənməyə dəvət edirik.
NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?
Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.
InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.
Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.
İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.