FOREXPEDIA
TEKNİKİ GÖSTƏRİCİLƏR
Parabolik SAR
1976-cı ildə Uelles Uilder tərəfindən yaradılmış indikator, daha çox mövqe dəyişmə yerlərinin müəyyən olunması zamanı istifadə olunur. Alış - satış nöqtəsi müəyyən olunarkən istifadə olunan bir göstəricidir.
SAR, Stop and Reversal sözlərinin baş hərfləridir. İki tərəfli bazarlarda istifadə olunması üçün çox əlverişli bir indikatordur. “Saxla və Geri dön” siqnalını verir. Parabolik SAR istifadəsində başlıca məqsəd əsas trend istiqamətində və ya bazarda korreksiya hərəkəti başladığı zaman əməliyyat edilən mövqelərdən ən uyğun zamanda çıxış nöqtəsini müəyyən etməkdir.
Qiymət hərəkətlərinin üzərində yer alan nöqtələr “SAT” siqnalı, qiymət hərəkətlərinin altındakı nöqtələr isə “AL” siqnalı kimi şərh olunur.
Əməliyyatların bağlanış qiyməti günlük olaraq aşağıdakı düstur ilə hesablanır:
Stop Tomorrow = Stop Today + AF * ( EPToday- Stop Today )
Stop Today = Düsturun hesablandığı günün bağlanış qiyməti
Stop Tomorrow = Növbəti günün bağlanış qiyməti
EPToday = İndikatorun hesablandığı günün ən yüksək və ən aşağı qiymət səviyyəsi
AF = Orta göstərici faktoru, düsturun hesablandığı birinci gün 0.02-yə bərabər götürülür.
Hər bir növbəti gün isə aşağıdakı düstur ilə hesablanır:
AF= 0.2+ n * 0.02
n= Baxılan müddətdə qiymət qrafikində əmələ gələn hər yeni dib və zirvə nöqtələrinin sayıdır.
PULSUZ FOREX SEMİNARLARINA QATILIN
#ÖyrətməkOlsun Sizi InvestAZ yatırım dünyası ilə Forex bazarlarını öyrənməyə dəvət edirik.
NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?
Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.
InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.
Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.
İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.