TEKNİKİ ANALİZ
Trend növləri
Artım trendi bazarda qiymət dalğalanmasının aşağı səviyyəsinin artım istiqamətində olması ilə xarakterizə olunur. Trendi aşağıdan məhdudlaşdıran və qiymət dəyişikliklərinin minimum nöqtələrindən keçən bu düz xətt trend xətti adlanır.
Trendin aşağı sərhəddini xarakterizə edən trend xəttinin kəsilməsi qiymətlərin artımı üzrə ümumi tendensiyanın zəifləməsi və ya trendin ümumi istiqamətinin dəyişməsi siqnalı kimi qəbul edilə bilər. Qiymət dəyişikliyini aşağıdan sərhədləndirən trend xətti dəstək xətti adlanır (Support line).
Eniş trendi bazarda qiymət dalğalanmalarının maksimal səviyyəsinin aşağı düşməsi ilə xarakterizə olunur. Eniş trendləri zamanı qiymət dəyişikliklərini yuxarından sərhədləndirən trend xətti müqavimət xətti adlanır (resistance line).
Eniş trendləri zamanı ticarət əməliyyatları qiymətlərin azalması istiqamətində yerləşdirildiyi üçün trendin yuxarı sərhəddinin müəyyənləşdirilməsi vacibdir. Trendin yuxarı sərhəddini xarakterizə edən trend xəttinin kəsilməsi qiymətlərin azalması üzrə ümumi tendensiyasının zəifləməsi və ya trendin ümümi istiqamətinin dəyişməsi kimi qəbul edilə bilər.
Üfüqi trend ümumiyyətlə vahid trend xəttinin müşahidə olunmadığı trenddir. Bu zaman qiymətlər üfüqi diapazonda dalğalanır. Bu növ trendlər üçün də dəstək və müqavimət xəttləri xarakterikdir, lakin qiymət dəyişikliyinin aydın şəkildə yuxarı və aşağı istiqamətinin müəyyənləşdirilməsi mümkün deyil.
Bazarlarda bəzən yüksəliş və eniş trendi sonradan tərs istiqamətli hərəkətə keçmək yerinə qərarsız bir vəziyyət ala bilər. Belə bir vəziyyətdə üfüqi istiqamətdə yüksəliş və eniş hərəkətləri gözlənilmir. Bu vəziyyətdə bazar üfüqi seyrə keçmişdir və üfüqi trend sona çatması ilə təkrar yüksəliş ya da eniş trendi başlayır.
PULSUZ FOREX SEMİNARLARINA QATILIN
#ÖyrətməkOlsun Sizi InvestAZ yatırım dünyası ilə Forex bazarlarını öyrənməyə dəvət edirik.
NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?
Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.
InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.
Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.
İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.