OSİLATÖRLER
MACD
MACD (Hərəkətli Orta Göstəricinin Kovergensiya və Divergensiyası) iki fərqli hərəkətli orta göstərici arasındakı əlaqəni göstərən və bazar iştirakçılarını daha çox istifadə etdikləri uzunmüddətli indikatordur. İlk olaraq Gerald Appel tərəfindən yaradılmışdır.
MACD iki fərqli eksponensial orta göstəricinin fərqini ifadə edir və bu əyri xətlər 0 səviyyəsi ətrafında dalğalanır və iki xətdən ibarət olur. Kiçik periodlu eksponensial orta göstəricidən (12 gün) periodlu eksponensial orta göstəricidən uzun perkiodlu eksponensial orta göstərici (26 gün) çıxılır və təsadüfi dalğalanmaların aradan qaldırılması üçün bu proses bir neçə dəfə təkrarlanır.
MACD = EMA(9)(A)
A = EMA (12) (İ) - EMA (26) (İ)
i = Cari qiymət dəyəri
MAC indikatoru müəyyən bir tendensiyaya sahib bazarlarda günlük və ya daha uzunmüddətli periodlarda analiz edildiyi zaman daha dəqiq nəticələr göstərir. Saatlıq və qısa zaman intervalları ezrə analiz zamanı isə yanlış siqnallar müşahidə olunur. İndikatorun 0 səviyyəsini kəsməsi güclü ticarət siqnalı kimi istifadə edilir.
İndikator bazarda qiymət dəyişikliyi zamanı divergensiya hallarını daha aydın şəkildə əks etdirir. MACD 0 səviyyəsini yuxarı doğru kəsdiyi zaman “AL” siqnalı, aşağı doğru kəsdiyi zaman isə “SAT” siqnalı yaranır.
MACD İLƏ VERİLƏN TİCARƏT SİQNALLARI
İndikator xətlərinin zirvə və dib nöqtələrinə yaxınlaşması erkən xəbərdarlıq siqnalıdır. Ticarət qərarları ən azı iki fərqli siqnal tərəfindən təsdiq edilməlidir;
MAC xətlərinin əvvəlki zirvə və dibləri kəsməsi qərar qəbul etməyə işarədir;
MACD indikator xəttinin 0 səviyyəsini kəsməsi qərar qəbul etməkdə gecikmiş ola bilərsiniz. Ən az iki əlavə siqnal tərəfindən təsdiq olunduqdan sonra ticarət qərarları qəbul edilməlidir;
Artım üzrə uzlaşma / eniş üzrə uzlaşma halı ticarət qərarlarının qəbul edilməsi üçün güclü siqnalıdır.
PULSUZ FOREX SEMİNARLARINA QATILIN
#ÖyrətməkOlsun Sizi InvestAZ yatırım dünyası ilə Forex bazarlarını öyrənməyə dəvət edirik.
NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?
Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.
InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.
Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.
İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.