FOREXPEDIA

FOREX HAQQINDA HƏR ŞEY

FOREX-İN ƏSAS ANLAYIŞLARI
Forex-də aşağı Spred önəmi

Bu məlumatları dostlarınla paylaş:

FOREX ƏMƏLİYYATLARINDA AŞAĞI SPREDİN ÖNƏMİ

Forex, səhm və bu kimi başqa bazarlar digər tip bazarlarla müqayisə edildikdə bir çox üstünlüklərə malik olduğu ortaya çıxır. Bu üstünlüklər arasında aşağı komissiya və xərclərlə yanaşı likvidliyin, dəyişkənliyin daha çox olması, maliyyə alətlərinin çox çeşidliliyi və kredit dəstəyinin yüksək olması kimi üstünlükləri vardır.

Sizin üçün hazırlanan 2 dəqiqəlik qısa videonu izləyərək Forex bazarında SPRED haqqında məlumat əldə edə bilərsiniz.

 Forex əməliyyatlarınızda sadəcə müvafiq valyuta məzənnəsinin Spot alış və satış qiyməti arasındakı fərq, yəni “Spred” həcmi əməliyyat xərcinizdir. Məlumatlı Forex yatırımçısı vasitəçi şirkət seçərkən mütləq spred həcminə diqqət etməlidir. Spred həcminin aşağı olması investorun birbaşa olaraq daha az xərclə ticarətə başlamasına imkan verən çox önəmli bir ünsürdür.

Forex bazarına yatırım etmənin ən önəmli üstünlüklərindən biri ticarət əməliyyatlarının xərcinin çox aşağı olmasıdır. İlk növbədə bildirməmiz lazımdır ki, Forex əməliyyatlarında hər hansı bir komissiya xərci yoxdur. Forex bazarında ticarət etmək istədiyiniz valyuta cütlüyü üzrə formalaşmış spred həcmi, yəni alış-satış qiymətləri arasındakı fərqdən başqa hər hansı digər xərc olmaz.


Forex əməliyyatlarından gəlir qazanmaq üçün qiymət dəyişimi təxmininizin spred həcmindən çox artması lazımdır. Alış istiqamətli bir əməliyyat etmisinizsə, müvafiq valyuta məzənnəsinin qiymətinin alış-satış arasındakı fərqdən daha çox yüksəlməsi ticarət əməliyyatınızdan mənfəət qazanmağınıza imkan verəcəkdir. Eynilə, satış əməliyyatını seçdizsə, qiymətlərin spred həcmindən daha çox düşməsi halında müvafiq ticarət əməliyyatından mənfəət əldə etmiş olacaqsınız. Qiymətlərin spred həcmi qədər dəyişməsi isə ticarət əməliyyatını başa-baş bitirməyinizə (sıfır gəlir, sıfır xərc) səbəb olur.


NÜMUNƏ

1) A firmasında EUR/USD cütlüyü üçün spred həcminin 1,2 pip olduğunu hesab edək;

1 pip = Ticarət həcmi*0.0001 = 100.000*0.0001 =10$

1,2 pip = 1,2 * 10$= 12$ 

Deməli, A firmasında 1 Lot EUR/USD əməliyyatı həyata keçirdiyinizdə 12$ spred xərciniz olacaqdır.


2) B firmasında isə EUR/USD cütlüyü üçün spred həcminin 0,6 pip olduğunu hesab edək.

Bu zaman 1 Lot EUR/USD əməliyyatında ödəyəcəyiniz spred xərci:

10$*0,6= 6$ olacaqdır.


Göründüyü kimi, B vasitəçi şirkətini seçən investor A vasitəçi şirkətini seçənə nisbətən artıq 6$ qazanclı olmuş olur. Spred həcmi Forex əməliyyatlarında xərcinizi minimumlaşdırmağınız cəhətdən böyük üstünlüyə malik bir amildir. Ticarət əməliyyatınızın həcmi artdıqca bəhs edilən təsir, şübhəsiz ki, daha çox olacaqdır.


Bu səbəbdən, Forex bazarında yatırım etmək üçün vasitəçi şirkət (İnvestisiya şirkəti) seçərkən həmin şirkətlərin tətbiq etdiyi spredləri diqqətlə araşdırmalısınız. Seçdiyiniz aşağı spredli vasitəçi şirkət sizin investor olaraq ticarət əməliyyatına qazanclı başlamağınızı və xərcinizi minimuma endirməyinizə imkan verər. Bununla da gərəksiz yerə eyni ticarət əməliyyatı üçün daha çox pul ödəməmiş və xərcinizi minimuma endirmiş olarsınız.


NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim hesabınaİNDİ BAŞLA