QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ

ŞİRKƏTİNİZƏ DƏYƏR QATIN

Birləşmə və Satınalmanın təqdim etdiyi yeni imkanlardan faydalanıb bazarda rəqabət üstünlüyünü əldə edin.

MÜRACİƏT ET

Image title

BİRLƏŞMƏ VƏ SATINALMA


Birləşmə və Satınalma prossesində meydana gələ biləcək riskləri ölçür, sizə dəyər qata biləcək şirkətləri müəyyənləşdirir və daha münasib qiymətlərlə əqdlər bağlayırıq.



DAHA ƏTRAFLI
YATIRIM MƏSLƏHƏTÇİLƏRİMİZDƏN MƏLUMAT ALIN


BİRLƏŞMƏ PROSESİ

Birləşmə, iki şirkətin birləşərək hüquqi mövcudluğunu itirməsilə yeni bir şirkətin yaranması ilə nəticələnir. Şirkətlərin birləşməsi Vertikal, Horizontal və Konqlomerat birləşmə olaraq həyata həyata keçirilə bilər. Horizontal birləşmə eyni biznes fəaliyyəti ilə məşğul olan firmaların, Vertikal birləşmə eyni istehsal xəttində fəaliyyət göstərən firmaların, Konqlomerat birləşmə isə bir-birilə əlaqəsi olmayan sahələrdə fəaliyyət göstərən firmaların birləşməsidir.

SATINALMA PROSESİ

Satınalma isə iki şirkətdən birinin aktiv və öhdəliklərinin digərinə keçməsilə həmin şirkətin fəaliyyətinin dayandırılması və ya həmin şirkətin digərinin törəmə müəssisəsinə çevrilməsilə nəticələnir. Satınalma rəqib şirkətin səhmlərini və ya aktivlərini almaqla iki formada həyata keçirilə bilər. Səhmlər vasitəsilə satınalmada satınalan şirkət rəqib şirkətin səhmlərinin alışı müqabilində  ona səhmlər, pul və ya hər ikisini təklif edə bilər. Bu zaman satınalan şirkət rəqib şirkətin öhdəliklərinə görə məsuliyyət daşıyır. Aktivlər vasitəsilə satınalmada isə satınalan şirkət rəqib şirkətin aktivlərini almaqla ona sahib çıxır. Bu zaman satınalan şirkət rəqib şirkətin öhdəliklərinə görə məsuliyyət daşımır.

BİRLƏŞMƏ VƏ SATINALMANIN XÜSUSİYYƏTLƏRİ

EFFEKTİV DİVERSİFİKASİYA

Məhsul çeşidini genişləndirmək və biznes risklərinizi azaltmaq məqsədilə uyğun şirkətlərlə birləşə bilərsiniz.

BAZAR PAYI

Güclərinizi birləşdirərək və ya rəqib şirkətləri alaraq müştəri bazanızı və bazar payınızı artıra bilərsiniz.

XƏRCLƏRİ AZALDIN

Eyni sektorda olan şirkətlərlə birləşərək və ya onları alaraq movcud resurslardan daha səmərəli istifadə edə, bununla da istehsal, marketinq və inzibati xərcləri əhəmiyyətli dərəcədə azalda bilərsiniz.

QLOBAL GENİŞLƏNMƏ

Xarici şirkətlərlə birləşərək ölkə və valyuta risklərini azalda, beynəlxalq miqyasda rəqabət üstünlüyü əldə edə bilərsiniz.

RESURSLARDAN SƏMƏRƏLİ İSTİFADƏ

Birləşmə və satınalmanın nəticəsi olaraq şirkətlərin insan və texnoloji resurslarını, o cümlədən qeyri-maddi aktivlərini birləşdirməsi şirkətin fəaliyyətinin optimallaşmasına, məhsuldarlığın artmasına və bazarda rəqabət üstünlüyünün təmin olunmasına şərait yaradır.

ƏLVERİŞLİ ŞƏRTLƏRLƏ MALİYYƏLƏŞMƏ

Birləşmə və satınalma şirkətin böyüməsinə səbəb olur. Böyük şirkətlər kiçik şirkətlərlə müqayisədə daha əlverişli şərtlərlə maliyyələşir.


BİZİ SEÇƏNLƏR

WHY REPUTE


ŞİRKƏTİNİZ ÜÇÜN STRATEJİ BİR TƏRƏFDAŞ

Uzun müddətli müqavilələr, darıxdırıcı, intensiv toplantılara ehtiyac yoxdur. Əməliyyatlara başlamaq üçün dərhal bizimlə əlaqə saxlayın. Şirkətinə təqdim ediləcək maliyyə xidmətlərinin keyfiyyətinə önəm verən şirkətlər üçün Korporativ İnvestisiya xidmətini təqdim edirik.

SİZƏ YARDIMÇI OLAQ

Formanı doldurun, peşəkar heyətimiz sizə yardımçı olsunlar.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234