QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ

ŞİRKƏTİNİZ BİZİMLƏ BÖYÜSÜN

InvestAZ perspektivli şirkətlər ilə kapitalı bir araya gətirir.


MÜRACİƏT ET

Image title

QAPALI YERLƏŞDİRMƏ NƏDİR?


Yüksək inkişaf potensialı olan qapalı şirkətlərə və ya layihələrə sərmayə yatırımı edərək qazanc əldə etmə fürsəti yaradan alətdir.



DAHA ƏTRAFLI
YATIRIM MƏSLƏHƏTÇİLƏRİMİZDƏN MƏLUMAT ALIN


QAPALI YERLƏŞDİRMƏ PROSSESİ

Qapalı Yerləşdirilmə zamanı qiymətli kağızlar 50 nəfərdən az şəxsə təklif olunur və ya qiymətli kağızların buraxılışı haqqında qərarda onları əldə edəcək investorlar göstərilir. Qapalı Yerləşdirmə əvvəlcədən razılaşdırılmış qiymətlə və şərtlərlə bağlanan qiymətli kağızların alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Kütləvi təklifdən fərqli olaraq Qapalı Yerləşdirmə icra prosesinin sadəliyi ilə seçilir. Belə ki, Qapalı Yerləşdirmə zamanı yerləşdirmənin kütləvi şəkildə elanına, qiymətli kağızların birjada listinqinə və onlara abunə yazılışına ehtiyac qalmır.

QAPALI YERLƏŞDİRMƏ FONDLARI

Qapalı yerləşdirmə fondları  əsasən pensiya fondları, sığorta şirkətləri, fondlar və fiziki ortaqlıqlar daxil olmaqla ərsəyə gəlir. Qapalı yerləşdirmə fondları maliyyələşmə üsulları və investisiya olunan şirkətlərin inkişaf mərhələlərindən asılı olaraq müxtəlif cür ola bilər. Ən geniş yayılmış formaları isə leveraged buyout və venture capital fondlardır. Leverage buyout fondlar sabit pul axınına malik və inkişaf etmiş şirkətlərin səhmlərinin nəzarət paketlərini borc kapitalı vasitəsilə əldə edirlər. Venture capital fondları isə gələcəkdə yenidən satmaq məqsədilə, yeni yaranmış və böyüməkdə olan şirkətlərin səhmlərinə yatırım edirlər.

QAPALI YERLƏŞDİRMƏNİN XÜSUSİYYƏTLƏRİ

Image title


AXTARDIĞINIZ KAPİTALLAŞMA

Şirkətinizin böyüməsi və uğurlu inkişafı üçün lazım olan maliyyə vəsaitini qapalı yerləşdirmə vasitəsilə təmin edə bilərsiniz.

Image title


AŞAĞI VOLATİLLİK

Qapalı şirkətlərin səhmləri birjada alınıb-satılmadığı üçün kəskin qiymət dəyişikliklərindən azaddır.

Image title


YÜKSƏK GƏLİRLİLİK

Yeni və böyüməkdə olan qapalı şirkətlərin aktivləri və səhmləri dəyərləndikcə, yatırımlarınız da əlavə dəyər qazanır.

Image title


İDARƏETMƏDƏ İŞTİRAK

Qapalı yerləşdirmə fondlarının idarəetmədə aktiv iştirakı imkanların düzgün dəyərləndirilməsinə və bununla da, şirkətinizə əlavə dəyər qazanmasına səbəb ola bilər.


Image title


XƏRCLƏRƏ QƏNAƏT

Qapalı Yerləşdirmə prossesi zamanı investorların əvvəlcədən müəyyən olunması marketinq və reklam xərclərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.


Image title


SÜRƏTLİ YERLƏŞDİRMƏ

Qapalı Yerləşdirmənin birjadankənar həyata keçirilməsi, prossesə sərf olunan zamana qənaət olunmasına səbəb olur.


BİZİ SEÇƏNLƏR

WHY REPUTE


ŞİRKƏTİNİZ ÜÇÜN STRATEJİ BİR TƏRƏFDAŞ

Uzun müddətli müqavilələr, darıxdırıcı, intensiv toplantılara ehtiyac yoxdur. Əməliyyatlara başlamaq üçün dərhal bizimlə əlaqə saxlayın. Şirkətinə təqdim ediləcək maliyyə xidmətlərinin keyfiyyətinə önəm verən şirkətlər üçün Korporativ İnvestisiya xidmətini təqdim edirik.

SİZƏ YARDIMÇI OLAQ

Formanı doldurun, peşəkar heyətimiz sizə yardımçı olsunlar.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234