09 Yanvar 2016-cı il tarixində Azərbaycan Respublikası İqtisadiyyat və Sənayə Nazirliyi tərəfindən “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-yə investisiya fəaliyyəti ilə məşğul olmaq üçün müddətsiz lisenziya verilmişdir. Lisenziyaya əsasən şirkət:
- Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişinin qəbulu və icrası;
- Fərdi investorların portfelinin idarə edilməsi;
- İnvestisiya məsləhətlərinin verilməsi;
- Qiymətli kağızların öhdəlik götürmədən və öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;
- Mərkəzi depozitar və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;
- Marja ticarəti (FOREX) kimi əsas investisiya xidmətlərini həyata keçirmək hüququna malikdir.
Bundan əlavə yeni qanunvericiliyə əsasən İnvest-AZ İnvestisiya Şirkəti, müştərilərin qiymətli kağızlar hesablarının idarə edilməsi, həyata keçirilən əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi, investisiya və maliyyə tədqiqatlarının aparılması, xarici valyuta mübadiləsi kimi yardımçı investisiya xidmətlərini də təqdim edəcəkdir.
2006-cı ildən əsası qoyulmuş İnvest-AZ İnvestisiya şirkəti, 2013-cü ildən etibarən Qiymətli Kağızlar Bazarının peşəkar iştirakçısına çevrilmiş və müvafiq lisenziyalar əsasında xidmətlərini təklif etməkdədir. İnvest-AZ İnvestisiya şirkəti, Azərbaycanda fiziki və hüquqi şəxslərin müxtəlif investisiya alətlərinə investisiya etmə imkanlarını təqdim etməklə yanaşı, onları Dünya Maliyyə Bazarlarına keyfiyyətli çıxış imkanları ilə təmin edir. Şirkətin özünəməxsus xidmət platforması bir çox sərgi və konfranslarda mükafata layiq görülmüşdür. Bakı Fond Birjasının səhmdarı və üzvü olaraq İnvest-AZ İnvestisiya şirkəti 2014-cü ildə Azərbaycan Kapital Bazarında ən böyük həcmli əqdi həyata keçirmişdir. Uzun illərin təcrübəsinə dayanaraq müştərilərlə etibarlı əməkdaşlığı yüksək keyfiyyətli və innovativ həll yolları ilə məhsul və xidmətlərə çevirmişdir.
Müştərilər, şirkətin xidmətləri haqqında daha ətraflı məlumatı www.investaz.az saytından və ya *1234 qısa nömrəsinə zəng edərək əldə edə bilərlər.