Mediada çıxan xəbərlərimizi, ən aktual açıqlamaları və sosial media paylaşımlarımızı buradan izləyə bilərsiniz.
"İnvest-AZ İnvestisiya Şirkəti" QSC hər birinin nominal dəyəri 1,000 (bir min) ABŞ dolları olan 2,000 (iki min) ədəd sənədsiz adlı faizli təmin edilməmiş istiqrazlar buraxmışdır. Buraxılış həcmi 2,000,000 (iki milyon) ABŞ dolları olan istiqrazların yerləşdirilməsinə 16 dekabr 2019-cu il tarixindən başlanılmışdır. İllik 5.5% gəlirliklə buraxılmış istiqrazların tədavül müddəti 1 ildir və faizlər hər 3 təqvim ayından bir ödəniləcəkdir. İstiqrazlar üzrə ilk kupon ödənişi tarixi 16 mart 2020-ci ildir. İnvest-AZ İnvestisiya Şirkəti QSC ölkədə öz istiqrazlarını emissiya edən ilk və yeganə İnvestisiya Şirkətidir.
Maraqlı şəxslər istiqrazların əldə edilməsi üçün Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ə.Quliyev küçəsi 11/31 ünvanında yerləşən "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-yə müraciət edə bilərlər.