MEDİADA İNVESTAZ

Mediada çıxan xəbərlərimizi, ən aktual açıqlamaları və sosial media paylaşımlarımızı buradan izləyə bilərsiniz.

InvestAZ nizamnamə kapitalını 50%-dən çox artırdı

04.09.2018 12:00

InvestAZ nizamnamə kapitalını 50%-dən çox artırdı

İnvest-AZ İnvestisiya Şirkəti QSC 2018-ci il avqust ayında nizamnamə kapitalını 430,000 manat artıraraq 1,230,000 manata çatdırmışdır. Nizamnamə kapitalının arıtırılması nominalı 1,000 AZN təşkil edən yeni 430 səhmin emissiyası ilə həyata keçirilmişdir. Emissiya olunan səhmlər kənar investora deyil, mövcud səhmdarlar arasında satılmaqla şirkətə əlavə kapital vəsaitinin cəlb olunması ilə nəticələnmişdir. Bununla da şirkətin məcmu kapitalı da artaraq 2,489,182 manata çatmışdır. İnvestAZ şirkəti İnvestisiya Şirkətləri arasında ən böyük məcmu kapitala sahib şirkətdir.