Mediada çıxan xəbərlərimizi, ən aktual açıqlamaları və sosial media paylaşımlarımızı buradan izləyə bilərsiniz.
14 sentyabr, 2018-ci il tarixində Bakı Fond Birjasında “İnvest-Az İŞ.”-nin AZ2001019788 ISIN-li, 1,500,000 mln ABŞ dolları həcmində, 1 il (365 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Yerləşdirmə zamanı hərrac qiyməti 1000.00 ABŞ dolları olmuşdur. Sifarişlər tam həcmə 5 investora satılmışdır. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,500,000.00 ABŞ dolları olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1.5 mln. ABŞ dolları təşkil etmişdir. İstiqrazların ödəmə tarixi 16 sentyabr 2019-cu ildir. İnvestAZ İnvestisiya Şirkəti ölkədə öz istiqrazlarını emissiya edən ilk və yeganə İnvestisiya Şirkətidir.