MEDİADA İNVESTAZ

Mediada çıxan xəbərlərimizi, ən aktual açıqlamaları və sosial media paylaşımlarımızı buradan izləyə bilərsiniz.

InvestAZ “İnvestor Oluram” layihəsinə başladı

29.10.2014 11:00

“İnvestor Oluram” layihəsi başladı

Fərdi yatırım bazarında investorlara geniş çeşidli maliyyə alətləri təqdim edən InvestAZ şirkəti Türkiyənin İstanbul Texniki Universitetinin Yatırım Külübü ilə birgə “Yatırımcı Oluyorum” (İnvestor Oluram) layihəsinə başladı.

5 ay boyunca davam edəcək layihə çərçivəsində yerli və beynəlxalq maliyyə bazarlarında fərq yaradan InvestAZ mütəxəssisləri Türkiyənin bir sıra universitetlərində tələbələrə investisiya mövzusunda pulsuz seminarlar keçiriləcək. “Beynəlxalq maliyyə bazarlarında İnvestor Olmaq”, “Fundamental Analiz”, “Texniki Analiz”, “Portfel və Aktivlərin idarə olunması” mövzularının yer alacağı proqramda tələbələr həyat boyu istifadə edə biləcəkləri “TƏLİM HESABI” ilə təmin olunacaqlar. Seminarlardan sonra layihə yarışma ilə davam edəcək və qaliblər mükafatlandırılacaqdır. Layihə çərçivəsində yarışmaya Türkiyədən 5000-ə yaxın tələbənin qatılacağı gözlənilir.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan və Türkiyə Respublikasında tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən InvestAZ şirkəti Türkiyənin İstanbul şəhərində keçirilən “FX World Istanbul” FOREX və Törəmə alətləri adlı konfrans və sərgidə “ƏN YAXŞI TƏDRİS XİDMƏTİ” nominasiyası üzrə qalib elan olunmuşdur.