Mediada çıxan xəbərlərimizi, ən aktual açıqlamaları və sosial media paylaşımlarımızı buradan izləyə bilərsiniz.
Azərbaycanda fərdi investorların sayının artırılması və korporativ investisiya vasitələrinə olan marağı inkişaf etdirməyi hədəfləyən InvestAZ şirkəti, əməkdaşlıq etdiyi banklar sırasına daha birini də əlavə etdi. Korporativ yatırım sahəsində Azər-Türk Bankın səhmlərinin yerləşdirilməsində anderrayter qismində çıxış edən şirkət ümumilikdə 36 milyon 552 min 682 manat həcmində əməliyyat həyata keçirtmişdir. 03 noyabr 2014-cü il tarixində Bakı Fond Birjasında yerləşdirilməsinə başlanılan adi sənədsiz adlı səhmlərin bir ədədinin nominal dəyəri 1 (bir) AZN-dir.