MEDİADA İNVESTAZ

Mediada çıxan xəbərlərimizi, ən aktual açıqlamaları və sosial media paylaşımlarımızı buradan izləyə bilərsiniz.

İllik 6% gəlir imkanı

07.12.2020 13:00

İnvest-AZ istiqrazlarının yerləşdirilməsi davam edir

"İnvest-AZ İnvestisiya Şirkəti" QSC hər birinin nominal dəyəri 1,000 (bir min) ABŞ dolları olan 2,600 (iki min altı yüz) ədəd sənədsiz adlı faizli təmin edilməmiş istiqrazlar buraxmışdır. Buraxılış həcmi 2,600,000 (iki milyon altı yüz min) ABŞ dolları olan istiqrazların yerləşdirilməsinə 03 dekabr 2020-ci il tarixindən başlanılmışdır. İllik 6% gəlirliklə buraxılmış istiqrazların tədavül müddəti 3 ildir və faizlər hər 3 təqvim ayından bir ödəniləcəkdir. İstiqrazlar üzrə ilk kupon ödənişi tarixi 03 mart 2021-ci ildir.  İnvest-AZ İnvestisiya Şirkəti QSC ölkədə öz istiqrazlarını emissiya edən ilk və yeganə İnvestisiya Şirkətidir.

Maraqlı şəxslər istiqrazların əldə edilməsi üçün Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ə.Quliyev küçəsi 11/31 ünvanında yerləşən "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-yə müraciət edə bilərlər.