Forex Gerçek Hesap

YATIRIM HESABI NECƏ AÇILIR ?

Aşağıdakı 3 addımı izləyərək asanlıqla InvestAZ yatırımçısı ola bilərsiniz

1

QEYDİYYAT
FORMASINI DOLDURUN

QEYDİYYAT FORMASI

2

MÜQAVİLƏ VƏ

SƏNƏDLƏRİNİZİ GÖNDƏRİN

MÜQAVİLƏLƏR

3

HESABINIZA
YATIRIM EDİN

HESABA YATIRIM 

1 REAL HESAB AÇMA FORMASINI DOLDURUN

Aşağıdaki addımları izləyərək Real hesabınızı asanlıqla aça bilərsiniz.


  • Real hesab aç formasını dolduraraq yatırımçı olmağın ilk addımını ata bilərsiniz.

  • Qeydiyyatınız tamamlandıqdan sonra sizə gələn email məktubunda istifadəçi məlumatları ilə InvestOR-a daxil ola bilərsiniz.

  • Müştəri təmsilçiniz sizinlə ən qısa zamanda əlaqə saxlayaraq lazımi əməliyyatlar etməyinizdə yardımçı olacaq.

FORMANI DOLDURUN

2MÜQAVİLƏ VƏ SƏNƏDLƏŞMƏ MÜDDƏTİ

Müqavilənin imzalanması və təqdim olunması

Real hesab açılışı ilə bağlı müvafiq qaydalar "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Qanundan irəli gələn digər normativ aktlara uyğun olaraq müəyyən edilmişdir. Bu səbəbdən real hesab açılışı edərkən Müqavilənin imzalanması vacibdir. Müqavilə müştəri və şirkətə aid olma şərti ilə iki nüsxədə tərtib olunur. Müqavilələrin imzalanması yalnız yazılı və ya elektron imza vasitəsilə mümkündür.


Müqaviləni imzalamaq üçün aşağıdakı variantlardan birindən istifadə edə bilərsiniz:


  • InvestAZ İnvestisiya şirkətinin ofisini ziyarət edərək müqavilənizi imzalamağınız mümkündür.

    • Müqavilə nümayəndəmiz vasitəsi ilə sizin ev və ya iş ünvanınıza çatdırıla bilər. Sənədləri yerində imzalayaraq bizə təhvil verə bilərsiniz.

    • Elektron imza vasitəsilə də Müqaviləni təsdiqləyə bilmə imkanınız var.


Hesab açılışı üçün tələb olunan sənədlər

Azərbaycan vətəndaşları üçün:

  • Şəxsiyyət Vəsiqəsi (hər iki üzünün surəti)

  • Müştəri Anketi

  • Etibarnamə və səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənəd (Müştərini digər şəxs təmsil etdikdə)

  • Bank rekvizitləri (olduqda)


Xarici ölkə vətəndaşları üçün:

  • Pasport (surəti)

  • Müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsi (hər iki üzünün surəti)

  • Müştəri Anketi

  • Etibarnamə və səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənəd (Müştərini digər şəxs təmsil etdikdə)

  • Bank rekvizitləri (olduqda)


Hüquqi şəxslər üçün:

  • Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti

  • İmza səlahiyyətinə malik şəxslərin siyahısı

  • Etibarnamə (olduqda)

  • Hüquqi şəxsin VEÖN-i (hüquqi şəxsi digər şəxs təmsil etdikdə)

  • Nizamnaməsinin surəti (hüquqi şəxsi digər şəxs təmsil etdikdə)

  • Bank rekvizitləri

Real hesab üçün tələb olunan sənədləri Mail vasitəsilə göndərə bilərsiniz.

HESAB AÇILIŞI PROSESİNDƏ DİQQƏT YETİRİLMƏLİ MÜHÜM MƏQAMLAR:


  • İmzalamadan öncə mütləq Müqaviləni oxuyun.

  • İşarələnmiş bölmələri imzalayın. Müvafiq qaydaya uyğun olaraq bütün bölmələrin imzalanması tələb olunur.

  • Müqavilədəki məlumatlarla şəxsi məlumatlarınız eynilik təşkil etməlidir.

  • Hesab açılışı zamanı şəxsiyyəti vəsiqəsi və müvəqqəti/daimi Yaşayış üçün icazə vəsiqəsinin etibarlılıq vaxtı qüvvədə olmalıdır.

  • Müqaviləni imzaladıqdan sonra bizim tərəfdən də imzalanması üçün sənədləri bizə təhvil verirsiniz. Bizim tərəfdən imzalandıqdan sonra sizə aid olan müqavilə nüsxəsi sizə təqdim olunur.

3 HESABINIZA 7/24 AVTOMATİK  MƏDAXİL EDİN

Aşağıda sadalanan vasitələr ilə hesabınıza yatırım edə bilərsiniz

Siz 7/24 MasterCard, Visa plastik kartları, "Azericard”, “hesab.az” elektron ödəniş sistemləri və istənilən bank vasitəsilə hesabınıza yatırım edə bilərsiniz. Hesaba mədaxil prosesi uğurlu olduqda vəsait hesaba dərhal əlavə olunur.

HESABINIZA YATIRIM EDİN

NƏ ÜÇÜN YATIRIM ETMƏLİSİNİZ?

Bəli, siz də bir yatırımçısınız. Pulunuzun dəyərini qorumaq və ya dəyər qatmaq üçün özünüzü bu sahədə inkişaf etdirməlisiniz.


Bu günə qədər investisiya, bir çox anlamda mənfi cəhətləri ilə tanıdıldı. Biz yatırıma qorxuducu deyil, realist və dostcasına yanaşırıq. Yatırıma baxış bucağımızı təbiətdən alırıq.

Vəsaitlərinizin miqdarı nə qədər olursa olsun yatırım edərək dəyər qazandırmadığınız müddətcə pulunuz dəyər itirər. Seçəcəyiniz yatırım alətləri ilə pulunuzun dəyərini qoruyun və gəlir əldə etməyi məqsəd olaraq təyin edin.


Biz, əslində özümüzə, biliyimizə və əmanətlərimizə yatırım edərik. Bütün yatırımçıların məqsədi, investisiyalarından bir müddət sonra dəyər artımı ilə gəlir əldə etməkdir. 


  • InvestAZ, sizin bir investor olmağınız və bu sahədə arzularınızın gerçəkləşməsi üçün yatırım dünyasına yeni bir qapı açır. Siz də təqdim etdiyimiz alətlərinin xüsusiyyətlərini araşdırın və özünüzə uyğun hesab açın.


SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA