İSTİFADƏ TƏLİMATI
METATRADER 4
MT4 İstifadə təlimatı
Ticarət Terminalının alt bölmələri
Terminal, açıq əməliyyatların açılış zamanı, açılış qiyməti, mənfəət/zərər vəziyyəti, mənfəəti götür/zərəri dayandır səviyyələri və miqdarı kimi məlumatlarını özündə əks etdirir. Açıq əmrin üzərinə iki dəfə klik etdikdə əməliyyət pəncərəsi açılır. Əməliyyat pəncərəsi ilə əmri bağlaya və ya verilmiş əmrə düzəliş edə bilərsiniz.
Risk analizi - açıq əməliyyatlarınızın risk bölgüsünü göstərir.
Hesab tarixçəsi (Account History) - bağlanmış əməliyyatların xülasəsini göstərir.
E-Poçt qutusu (Mailbox) - InvestAZ şirkəti tərəfindən göndərilən məktubları buradan oxuya bilərsiniz. Gündəlik (Journal) - Terminalda icra etdiyiniz əməliyyatların texniki qeydiyyatını buradan izləyə bilərsiniz.
Platformanızda etdiyiniz əməliyyatların texniki qeydini buradan təqib edə bilərsiniz.
NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?
Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.
InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.
Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.
İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.