İSTİFADƏ TƏLİMATI
INVESTOR YATIRIM PLATFORMASI
InvetOR İsitfadə Təlimatı
Cari Hesab bölməsi InvestOR-da yer alan bütün vəsaitlərinizi görə biləcəyiniz bir bölmədir. Burada siz, fərqli valyutalarda yer alan vəsaitlərinizi görə və "Mədaxil" düyməsi ilə hesabınıza pul köçürə biləcəyiniz hissəyə keçid edə bilərsiniz.
Bu hissədə InvestOR-dakı ümumi sərmayənizi görə bilərsiniz. Bununla yanaşı, istədiyiniz anda fərqli valyuta növünü seçərək ümumi sərmayənizi digər valyutalarda da görə bilərsiniz.
Bu bölmədə aktiv olaraq yatırımda olan ümumi vəsaitinizi görə bilərsiniz. Ətraflı baxdıqda isə hansı yatırım hesabınızda nə qədər pulunuzun olduğuna nəzər yetirə bilərsiniz.
InvestOR Yatırım Platformasında yer alan bu hissədə yatırımda olmayan sərbəst vəsaitinizi görə bilərsiniz.
NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?
Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.
InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.
Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.
İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.