Maliyyə bazarlarında investisiya alətlərini ən mühüm 2 dəyişən alqoritm ilə yerləşdirən InvestAZ, zaman və gəlirilik nisbətini bir dizaynla başa düşmək və qəbul etmək üçün asanlaşdırdı.
Forex xarici valyutaların sərbəst mübadiləsinin həyata keçirildiyi dünyanın ən böyük maliyyə bazarıdır. Ticarət üçün ən likvid valyuta cütlüklərini təqdim etməklə, bu bazar dünyanın hər yerində 24 saat və həftə içi 5 gün aktiv fəaliyyət göstərir.
Fərq Müqavilələri, ticarət nəticəsində baza aktivinin alış və satış qiymətlərindən gəlir gətirən maliyyə alətlərinin bir növüdür. Bu müqavilə aktivin sahiblik hüququnu verməsə də əldə olunan səhmlərin bazar risklərinin əvvəlcədən qarşılanmasının təmin edilməsi üçün istifadə oluna bilər.
Fyuçerslər, ticarəti birjada həyata keçirilən, klirinq təşkilatlarının zəmanət verdiyi, birja tərəfindən standartlaşmış müqavilələrdir. Bu alətlər, əsas aktivin qiymətini şərtsiz olaraq bazar qiymətinə bağlamaq və xərcləri əvvəlcədən müəyyən etmək imkanı yaradır.
Opsiyon müqaviləsi, daha əvvəl razılaşdırılmış qiymət ilə əməliyyat etmək hüququ verir. Opsiyonlar alıcıları baza aktivinin alınması üzrə öhdəlik daşımır, əksinə hüquq əldə edir və opsiyon alıcısı satıcısına ticarət həcminin müəyyən nisbətində premium ödəyir.
Aktivlərin İdarə Edilməsi proqramımız, uyğun təhlil nəticəsində bazarda yüksək performans əldə edilməsini təmin edə bilər. Peşəkar komandamız, investisiya meyarlarınızı nəzərə alaraq, aşağı riskli, eyni zamanda yüksək gəlirliliyə malik optimal investisiya portfelləri təklif edir.
Buğda, pambıq, qarğıdalı kimi məhsulların, qızıl, gümüş, platin, palladium kimi qiymətli metalların, Brent və West Texas markalı enerji daşıyıcılarının onlayn alqı-satqısı ilə yanaşı, əks-tədbir əməliyyatları ilə risklərin azaldılması imkanı da təqdim olunur.
Bu gün, inkişaf etmiş maliyyə bazarlarında tək bir sərmayə aləti ilə sadəcə müəyyən bir aktivə deyil, eləcə də bütün bir ölkəyə və ya sahəyə sərmayə yatırmaq imkanınız var. Ehtiyaclarınıza görə yaradılan məhsullar, gözlədiyiniz gəliri əldə etməyiniz üçün Sizə faydalı şəkildə hazırlanmışdır.
Birja İnvestisiya Fondları, bir və ya bir neçə aktivdən ibarət qrupa investisiya imkanı təmin edir. Bu alətin, investora baza aktivinin gerçək gəlirini təmin etməsi xüsusiyyəti, onu bazarda daha cəlbedici edir.
Notlar adətən qısamüddətli olub, Mərkəzi Bank tərəfindən pul siyasəti və maliyyələşmə ehtiyaclarını qarşılamaq üçün emissiya edilir. Emitent qiymətli kağızın emissiya edildiyi ölkədən asılı olaraq dəyişə bilər. Belə ki, bəzi ölkələrdə belə kağızlar not, bəzilərində T-Bill və s. kimi adlandırlıa bilər.
İstiqrazlar layihələrin və ya büdcə kəsrinin maliyyələşdirilməsi üçün şirkətlər və ya hökumətlər tərəfindən buraxılan orta və uzun müddətli qiymətli kağızlardır. Dövlətlər tərəfindən buraxılan belə qiymətli kağızlar olduqca likvid və aşağı riskli hesab olunur.