Mediada çıxan xəbərlərimizi, ən aktual açıqlamaları və sosial media paylaşımlarımızı buradan izləyə bilərsiniz.
"İnvest-AZ İnvestisiya Şirkəti" QSC Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun ipoteka istiqrazlarının öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi üzrə xidmətlərin satın alınması ilə bağlı keçirilmiş açıq tenderin qalibi elan olunmuşdur. Ümumi həcmi 400 (dörd yüz) milyon manat olan istiqrazların buraxılışı tranşlarla keçiriləcək və Bakı Fond Birjasında hərraclar vasitəsilə yerləşdiriləcəkdir. Yerləşdirmənin başlanma tarixi Bakı Fond Birjasında və "İnvest-AZ İnvestisiya Şirkəti QSC"-nin rəsmi internet səhifələrində açıqlanacaqdır.
İpoteka istiqrazlarını əldə etmək istəyən fiziki və hüquqi şəxslər müraciətlərini *1234 nömrəsi ilə əlaqə saxlayaraq və ya [email protected] e-poçtu vasitəsilə ünvanlaya bilərlər.
Xidmətlərini daim yüksək innovasiyalar və yeniliklər ilə zənginləşdirən şirkət, 15 ildən artıqdır ki, fəaliyyət göstərir. Şirkətin əsas məqsədlərindən biri, ölkəmizdə maliyyə və investisiya alətlərini inkişaf etdirmək və Azərbaycan investorlarına, eləcə də bu sahəyə yeni maraq göstərənlərə daim dəstək olmaqdır.
"İnvest-AZ İnvestisiya Şirkəti" QSC 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.