BTCUSD 104396.24 +3.40%
CADCHF 0.63024 -0.29%
EURCAD 1.49543 +0.53%
EURDKK 7.45802 +0.01%
EURJPY 161.316 +0.35%
EURNZD 1.83990 +0.07%
EURTRY 36.89770 +0.89%
EURUSD 1.03537 +0.70%
GBPUSD 1.22432 +0.53%
NZDCHF 0.51189 +0.16%
USDCAD 1.44431 -0.17%
DOWJ 43609.01 +0.55%
SP500 6019.50 +0.52%
XAGUSD 30.615 +1.03%
XAUUSD 2727.34 +1.17%
BTCUSD 104396.24 +3.40%
CADCHF 0.63024 -0.29%
EURCAD 1.49543 +0.53%
EURDKK 7.45802 +0.01%
EURJPY 161.316 +0.35%
ƏSAS SƏHİFƏ Fundamental analiz
Birjalarda Son Durum - 03.06.2024
03.06.2024 07:42

Birjalarda Son Durum - 03.06.2024

Cümə günü Amerikada dərc olunacaq əmək bazarı, xüsusilə də NFP hesabatı gələn həftənin iqtisadi təqviminin gözlənilən əsas xəbərləri olacaq, çünki bazarlar ABŞ faiz dərəcələrinin gələcək istiqamətini ölçməyə çalışır. Həmçinin, mümkündür ki, Avropa Mərkəzi Bankı Avrozonada ABŞ-dan fərqli olaraq ilk faiz endirimi etsin. Bu arada, “OPEC” neft hasilatı ilə bağlı qərar verəcək və Kanada Mərkəzi Bankı yekun faiz qərarını açıqlayacaq.

Cari həftə ərzində həmçinin, Yaponiyada, Almaniyada, Avrozonada, İngiltərədə, Amerikada sənaye, xidmət və tikinti sektorlarında Biznes Aktivliyi İndeksi (PMİ) göstəriciləri, Türkiyədə, İsveçrədə İstehlak Qiymətləri İndeksi, Amerikada “JOLTS” Vakansiyalar və Boş İşyerləri, eləcə də, Avrozonada ÜDM hesabatları investorların diqqət mərkəzində olacaq.

NFP

İnvestorlar cümə günü yaxından izləniləcək əmək bazarı, xüsusilə NFP, eləcə də, əmək haqqı hesabatından may ayında ABŞ əmək bazarının gücü ilə bağlı ipucları arayacaqlar. İqtisadçılar əvvəlki ayla müqayisədə cüzi artımla 185 000 yeni iş yeri yarandığını proqnozlaşdırırlar.

İnvestorlar güclü iqtisadiyyatın Federal Ehtiyatlar Sisteminin bu il faiz dərəcələrini endirməsinə mane ola biləcəyindən, hətta faiz artımını tələb edəcəyindən narahat idilər. Lakin, bu narahatlıqlar keçən ay inflyasiyanın yavaşladığını və əmək bazarının “soyuduğunu” göstərən məlumatlar fonunda müvəqqəti də olsa azaldı.

Bununla belə, FED rəsmiləri inflyasiyanın 2%-lik hədəfə doğru irəlilədiyinə əmin olmaq üçün daha çox məlumat görmək istədiklərini söyləyərək, dərəcələrin endirilməsi ilə bağlı səbirli olmağa çağırıblar. Əgər əmək bazarı hesabatı iş yerlərinin yaradılmasında davamlı yavaşlama olduğunu göstərsə, bu, iqtisadi aktivliyin zəiflədiyini sübut edə bilər.

Avropa Mərkəzi Bankının (ECB) faiz qərarı

ECB, ehtimal ki, cümə axşamı faiz dərəcələrini aşağı salan ilk böyük mərkəzi bank olacaq.

Analitiklər 0.25%-lik faiz endirimi proqnozlaşdırırlar. Əlavə olaraq qeyd etmək lazımdır ki, bazar iştirakçıları ECB prezidenti Kristin Laqardın çıxışında AMB-nin monetar siyasətinin gələcəyinə dair ipucları arayacaqlar.

Avrozonada baza inflyasiya hələ də hədəf səfiyyədən çox yuxarı olaraq qalır. İqtisadiyyat gözlənildiyindən daha sürətli bərpa olunarkən, yaxından izlənilən əmək haqqı artımları keçən rübdə sürətlənib və iyun ayından sonrakı perspektivlə bağlı qeyri-müəyyənliyi gücləndirib.

Birjalar hələ də ECB-nin FED və İngiltərə Mərkəzi Bankı ilə müqayisədə bu il bir dəfədən çox faiz endirimi edəcəyini proqnozlaşdırır, lakin gələcək addımlar üçün ehtimal faizləri azalıb.

ECB-nin son iclasında üç, ilin əvvəlində isə ən azı beş faiz endirimi gözlənildiyi halda, indi iki faiz endirimi ehtimal edilir və 50%-dən az ehtimalla üçüncü faiz endirimi proqnozlaşdırılır.

GBP

Ötən həftə ərzində 1.28$-a kimi bahalaşan GBPUSD məzənnəsi burada müqavimətlə qarşılaşaraq bir qədər ucuzlaşmış və həftəlik şamını 1.2740 səviyyəsində tamamladı. 

“Buğarlar” qiyməti 1.27$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası 1.29$-a kimi davam edə bilər. 

Kanada Mərkəzi Bankı

Ötən həftənin cümə günü açıqlanan məlumatların Kanada iqtisadiyyatının birinci rübdə gözləniləndən daha yavaş böyüdüyünü göstərməsindən sonra, Kanada Mərkəzi Bankının (BoC) çərşənbə günü keçirilən iclasında faiz dərəcələrini 25 baza bəndi aşağı salacağı ehtimal edilir.

Ötən həftə dərc olunan ÜDM hesabatının Kanada iqtisadiyyatının ilin ilk rübündə proqnozlaşdırılandan daha zəif böyüdüyü faktını ortaya qoyması BoC-u borclanma xərclərini azaltmağa vadar edə bilər.

Xatırladaq ki, BoC-un aprel ayında keçirilən son iclasında bank sədri Tif Maklem qeyd etmişdi ki, faiz dərəcəsinin aşağı salınması üçün şərtlər mövcuddur, lakin rəsmilər inflyasiyanın yavaşlamasına dair daha çox sübut görməlidilər.

“OPEC”-dən neft hasilatı qərarları

“OPEC+”, qlobal tələbatın ləng artımı, yüksək faiz dərəcələri və ABŞ-da neft istehsalının artması fonunda bazarı dəstəkləməyə çalışdığı üçün, təşkilatın neft hasilatının azaldılması proqramını 2024-cü ilin sonuna kimi və bəlkə də 2025-ci ilin ikinci yarısına qədər uzadacağı ehtimal olunur.

Neftin qiyməti bir barel üçün 80$ ətrafında ticarət edilir ki, bu da bir çox “OPEC+” üzvlərinin büdcələrini tarazlaşdırması lazım olan səviyyədən aşağıdır. Ən böyük neft idxalçısı olan Çində tələb artımının ləng olması ilə bağlı narahatlıqlar qiymətlərə təzyiq göstərir. Buna görə də neft bazarı analitikləri “OPEC+”-ın təklifi tarazlaşdırmaq üçün neft hasilatının azaldılması proqramını uzadacağını ehtimal edirlər.

“OPEC+” kimi tanınan Neft İxrac Edən Ölkələr Təşkilatı və onun Rusiyanın başçılıq etdiyi müttəfiqləri 2022-ci ilin sonundan etibarən bir sıra dərin hasilat ixtisarı edib.

“OPEC+” üzvləri hazırda hasilatlarını sutkada cəmi 5.86 milyon barel və ya qlobal tələbatın təxminən 5.7%-i qədər azaldırlar.

Ötən həftəyə 82.40$ həddindən başlayan “Brent” nefti, həftə ərzində 85.00$-a kimi bahalaşsa da, daha sonra azalan tələb fonunda 81$-a kimi ucuzlaşdı və həftəlik şamını 81.60$ həddində bağladı.

Cari həftə ərzində “Buğalar” qiyməti 85$-ın üzərinə yüksəldə və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. Əksi təqdirdə, “Ayılar”ın diktəsi artar və qiyməti 80$-a kimi ucuzlaşdıra bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.

XAUUSD

Ötən həftəyə 2331$ səviyyəsindən başlayan və üfüqi tendensiya ilə yadda qalan qızıl 2364$-a kimi bahalaşsa da, daha sonra bir qədər gerilədi və həftəlik şamını 2320$ səviyyəsində tamamladı. Ehtimal olunur ki, “Ayılar” qiyməti 2300$ həddinin altına qaytara və orada saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.

 

İqtisadi təqvim
20.01.2025 BAZAR ERTƏSİ TƏSİRİ ƏVVƏL PROQNOZ DƏRC EDİLƏN
00:00Martin Luter günü - - -
00:00Sənaye Sektorunda İstehsal Həcmi (Aylıq) -2,3% -2,3% -2,2%
11:00İstehsal Qiymətləri İndeksi (PPI) (Aylıq) 0,5% 0,3% -0,1%
11:30İstehsal Qiymətləri İndeksi (PPI) (Aylıq) -0,6% 0,2% 0,0%
12:00Dünya İqtisadi Forumunun illik toplantısı - - -
14:00Avroqrupun toplantısı - - -
21.01.2025 ÇƏRŞƏNBƏ AXŞAMI TƏSİRİ ƏVVƏL PROQNOZ DƏRC EDİLƏN
11:00Orta gəlir (+ Bonuslar) 5,2% 5,6% 5,6%
11:00Məşğulluq Səviyyəsində dəyişiklik (Aylıq) 173K 35K 35K
11:00İşsizlik səviyyəsi 4,3% 4,3% 4,4%
12:00Dünya İqtisadi Forumunun illik toplantısı - - -
14:00"ZEW" -Cari vəziyyət indeksi (Almaniya) -93,1 -93,1 -90,4
14:00"ZEW" - İqtisadi inkişaf proqnozu (Almaniya) 15,7 15,2 10,3
14:00Avroqrupun toplantısı - - -
14:00"ZEW" iqtisadi inkişaf proqnozu 17,0 16,9 18,0
17:30İstehlak Qiymətlərinin Baza İndeksi (İllik) 1,6% -
17:30İstehlak Qiymətlərinin Baza İndeksi (Aylıq) -0,1% -
17:30İstehlak qiymətləri indeksi (CPI) (Aylıq) 0,0% -0,7%
22.01.2025 ÇƏRŞƏNBƏ TƏSİRİ ƏVVƏL PROQNOZ DƏRC EDİLƏN
01:45İstehlak qiymətləri indeksi (CPI) (İllik) 2,2% 2,1%
01:45İstehlak qiymətləri indeksi (CPI) (Rüblük) 0,6% 0,5%
12:00Dünya İqtisadi Forumunun illik toplantısı - - -
19:15Avropa Mərkəzi Bank (ECB) sədrinin çıxışı - - -
23.01.2025 CÜMƏ AXŞAMI TƏSİRİ ƏVVƏL PROQNOZ DƏRC EDİLƏN
01:30Amerikanın neft institutunun neft ehtiyatları (Həftəlik) -2,600M -
03:50Ticarət saldosu (qeyri-mövsümi) -0,38T -0,64T
03:50İxrac (İllik) 3,8% 2,3%
03:50Ticarət saldosu -110,3B -55,0B
12:00Dünya İqtisadi Forumunun illik toplantısı - - -
15:00Bir həftəlik REPO faiz dərəcəsi 47,50% 45,00%
15:00Overnayt borclanma faizi (REPO) 44,50% -
15:00Overnayt faiz dərəcəsi (Əks REPO) 50,50% -
17:30İşsizlik müavinətı üzrə ərizələrin sayı (Həftəlik) 217K 220K
17:30Pərakəndə Satış Dövriyyəsi Həcminin Baza İndeksi (Aylıq) 0,1% 0,0%
17:30Pərakəndə satış dövriyyəsi (Aylıq) 0,6% 0,1%
21:00Neft ehtiyatlarında dəyişiklik (Həftəlik) -1,962M -
24.01.2025 CÜMƏ TƏSİRİ ƏVVƏL PROQNOZ DƏRC EDİLƏN
03:30Milli istehlak qiymətlərinin baza indeksi (İllik) 2,7% 3,0%
03:30İstehlak qiymətləri indeksi (CPI) (Aylıq) 0,6% -
04:30Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) 50,9 -