ABŞ Ticarət Departamentinin İqtisadi Təhlil Bürosunun press-relizinə əsasən, üçüncü, yekun hesablamaya görə, bu ilin ikinci rübündə ölkə ÜDM-i 2.1% artıb (Əgər ÜDM ardıcıl dörd rüb eyni sürətlə artıbsa).
Analitiklər göstəricinin aralıq təxmin səviyyəsində, yəni 2.1% təşkil edəcəyini proqnoz edirdilər. Birinci qiymətləndirmədə Amerika iqtisadiyyatının 2.4%-lıq artımı nəzərdə tutulurdu.
İllik ifadədə, yəni əvvəlki ilin eyni dövrü ilə müqayisədə ikinci rübdə ABŞ iqtisadiyyatı 2.4% artıb.
Bundan əlavə, hesabat dövründə ABŞ-da istehlak xərclərinin real artım tempi, üçüncü qiymətləndirməyə əsasən, əvvəlki rüb ilə müqayisədə 3.8%-dən 1.7% qədər dəyişib.