Tural Azad oğlu Eyvazlı
Müşahidə şurasının üzvü

Tural Azad oğlu Eyvazlı 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2010-cu ildə Qərb Universitetinin Maliyyə və Kredit fakültəsini bakalavr, 2013-cü ildə Şotlandiyanın Qlazqo Kaledoniya Universitetinin Maliyyə və Risklərin idarə edilməsi fakültəsini magistr dərəcəsi ilə bitirmişdir.
T.Eyvazlı 2013-cü ildə “Invest-AZ” MMC-də Risklər üzrə mütəxəssis vəzifəsində işə başlamışdır. Daha sonra 2015-2018-ci illərdə peşəkar fəaliyyətini Türkiyənin İstanbul şəhərində “İnvest-AZ Menkul Değerler” A.Ş Şirkətinin Risklərin idarə edilməsi üzrə menecer vəzifəsində davam etdirmişdir.
2018-2019-cu illərdə T.Eyvazlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında, 2019-2023-cü illər ərzində isə Azərbaycan Respublikasının Mərkəzi Bankında Kapital Bazarlarına Nəzarət Departamentində müxtəlif vəzifələrdə çalışmışdır.
2023-cü ildən T.Eyvazlı “Socar Capital” MMC şirkətində Risklərin idarə edilməsi üzrə menecer vəzifəsində fəaliyyət göstərir.
2024-cü ildən etibarən "İNVEST-AZ İNVESTİSİYA ŞİRKƏTİ" QSC-nin Müşahidə Şurasının üzvü vəzifəsinə təyin edilmişdir.

012 488 05 88 [email protected]