Şəhriyar Ağazeynal oğlu Qurbanzadə
"İNVEST-AZ İNVESTİSİYA ŞİRKƏTİ" QSC-nin Direktoru Qurbanzadə Şəhriyar Ağazeynal oğlu 1967-ci ildə anadan olmuşdur. Kiyev Milli Aviasiya Mühəndisləri İnstitutunu 1993-cü ildə müvəffəqiyyətlə bitirmişdir. 1999-2003-cü illər ərzində Azərbaycan Kooperasiya Universitetinin "Ümumi İqtisadiyyat" ixtisası üzrə Maliyyə və Kredit fakültəsində ikinci ali təhsilini almışdır. 1993-2001-ci illər ərzində "Şəhriyar" sığorta şirkətinin təsisçisi və direktoru vəzifəsində çalışmışdır. 2001-2003-cü illər ərzində "ANS" müstəqil yayım və media şirkətində müxtəlif vəzifələrdə çalışmış və 2005-ci ildən "Forex-Az" MMC-nin baş mühasibi olaraq işə başlamışdır.
2013-cü ildə "İnvest-Az" MMC-nin Direktoru vəzifəsinə təyinat almışdır, 2016-cı ildən etibarən "İNVEST-AZ İNVESTİSİYA ŞİRKƏTİ" QSC-nin Direktoru vəzifəsini icra edir.
012 488 05 88
[email protected]