RİSKLƏR HAQQINDA BİLDİRİŞ
Marjinal ticarətlə bağlı risk bildirişi
Əməkdaşlıq edəcəyiniz brokerlə imzalayacağınız Müqavilə şərtlərində qeyd edilən müddəalarla yanaşı aşağıdakı risk faktorlarını da nəzərə almalısınız:
- Broker nəzdində açacağınız cari hesab, eləcə də bu hesab içində açacağınız Ticarət hesablarında həyata keçirəcəyiniz ticarət və köçürmə əməliyyatlarınıza Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən dərc edilən qanun və normativ aktların tələbləri tətbiq ediləcəkdir;
- Marjinal ticarət əməliyyatları yüksək risk səviyyəsinə malikdir. Kredit dəstəyi səbəbi ilə, ticarət əməliyyatlarının kiçik miqdarda təminatla həyata keçirilməsi Sizin xeyrinizə olmaqla yanaşı zərərinizə də nəticələr yarada bilər;
- Qiymətlərin proqnozlaşdırılan istiqamətdən əks istiqamətdə dəyişməsi nəticəsində Broker nəzdindəki müvafiq Ticarət hesabınıza yatırdığınız vəsaiti tamamilə itirə bilərsiniz. Yüksək gəlirə ümid edərək risk məhdudiyyətlərinizi nəzərə almalısınız;
- Həyata keçirilən ticarət əməliyyatları və ya birjadakı qiymət dinamikası ilə bağlı məlumat və tövsiyyələrin birjadakı bütün mənzərəni tam əks etdirmədiyini və təsdiqə ehtiyacı olduğunu nəzərə almalısınız;
- Marjinal ticarətlə bağlı hər hansı növ analiz nəticələri bu analizləri hazırlayan şəxslərin şəxsi mülahizəsinə əsaslanır və bu məlumatlardakı gələcək hədəflərin reallaşmama ehtimalı da mövcuddur.
- Xarici valyutada ifadə olunan maliyyə alətləri ilə həyata keçirilən ticarət əməliyyatlarında yuxarıda qeyd edilənlərlə yanaşı məzənnə riskləri də mövcuddur. Məzənnə dəyişikliyi nəticəsində əməliyyatlarınızın müsbət nəticələrində azalma yarana bilər və ya ümumi zərər həcminiz arta bilər.
- Maliyyə alətləri üzrə təklif olunan qiymət və spredlər brokerin ticarət sistemi və biznes meyarlarına uyğun olaraq fərqlənə bilər. Bu səbəbdən ticarət edəcəyiniz maliyyə alətlərinin ticarət şərtləri ilə yaxından tanış olmalısınız.
- Ticarət əməliyyatlarına başlamadan öncə öhdəliklərinizə şamil ediləcək komissiya və xərclərlə bağlı ətraflı məlumat almalısınız.
- Marjinal ticarət sistemi üzrə hər hansı təşkilatın Sizə ticarət əməliyyatlarınızın nəticəsində zərərə uğramayacağınız, zərərlərinizin nəzarət altında saxlanılacağı və ya Sizə təminat artırma tələbinin irəli sürülməyəcəyi ilə bağlı vədlərin verilməsinin əsassız olduğunu nəzərə almalısınız.
- Marjinal ticarətlə bağlı bu risk bildirişi Sizi ümumi olaraq mövcud risklər haqqında məlumatlandırmaq məqsədi daşıyır və investisiya alətlərinin alqı-satqısı ilə bağlı bütün riskləri əhatə etməyə bilər. Beləliklə, kapitalınızı bu növ investisiya alətlərinə yatırmadan öncə müvafiq investisiya ilə bağlı diqqətli bir şəkildə araşdırma etməlisiniz.
InvestOR profili ilə bağlı risk bildirişi
- Açılacaq "İNVESTOR" profili və şirkətin təqdim etdiyi ticarət platformalarında həyata keçirilən investisiya əməliyyatlarına müvafiq investisiya fəaliyyəti üzrə qanunvericilik aktlarının müddəaları tətbiq ediləcəkdir;
- Siz, "İNVESTOR" profilində qeyd etdiyiniz şəxsi məlumatların düzgünlüyünə tam məsuliyyət daşıyırsınız. "İNVESTOR" profilində təqdim edəcəyiniz məlumatların, düzgünlüyündə şübhə yarandığı təqdirdə şirkətimiz Sizə hər hansı bir xəbərdarlıq etmədən "İNVESTOR" xidmətlərinin təqdim edilməsindən imtina edə və ya mövcud "İNVESTOR" profilinizin fəaliyyətini dayandıra bilər.
- Digər elektron əməliyyat sistemləri kimi "İNVESTOR" xidməti ilə də bağlı elektrik enerjisindəki kəsinti, lokal və ya beynəlxalq səviyyədə İnternet şəbəkəsində baş verən texniki nasazlıq, müştərinin müvafiq texniki tələblərə cavab verməyən kompüter və digər avadanlıqları və ya bu avadanlıqlarda baş verə biləcək hər hansı qüsur səbəbindən yarana biləcək spesifik risklərdən sığortalanmamısınız.
- Şirkət, təqdim etdiyi sub-hesab növləri və bu hesabların tərkibini müvafiq qanunvericiliyin tələbləri, eləcə də şəxsi istəyinə uyğun şəkildə dəyişmək hüququnu özündə saxlayır. Daha öncə istifadəyə açıq olmuş, lakin sonradan dayandırıla biləcək xidmətlər üzrə Sizin malik olduğunuz sub-hesab və bu hesablardakı tapşırıqlar müvafiq xidmətin dayandırılma anında ləğv edilir.
- Cari hesabınıza elektron şəkildə pul köçürmələri, eləcə də "İNVESTOR" profilinizdəki Cari hesabınızdan şəxsi bank və ya digər elektron hesablarınıza məxaric əməliyyatları zamanı şirkət, birbaşa müdaxilə etmək iqtidarında olmadığı risklərə qarşı məsuliyyət daşımır.
- Şirkət, tərəfindən "İNVESTOR" profilinizdə həyata keçirilə biləcək hər hansı texniki və profilaktik işlər ərzində "İNVESTOR" profiliniz ilə bağlı yeni tapşırıqlar icraya qəbul edilməyə və ya gec qəbul edilə bilər. Şirkət, bu cür halların hesabınızda doğura biləcəyi zərərlərə qarşı məsuliyyət daşımır.
"İNVESTOR" hesabı ilə bağlı bu risk bildirişləri Sizi ümumi olaraq mövcud risklər haqqında məlumatlandırmaq məqsədi daşıyır və "İNVESTOR" profiliniz ilə bağlı bütün riskləri əhatə etməyə bilər. Beləliklə, "İNVESTOR" profili açmadan öncə müvafiq elektron xidmətlərin doğura biləcəyi riskləri nəzərə almalısınız.
Qiymətli Kağızlar Bazarında ticarətlə bağlı risk bildirişi
Qiymətli Kağızlar Bazarında verəcəyiniz tapşırıqlar nəticəsində mənfəət fürsəti kimi zərər risklərinizi, ticarət qərarı almadan qarşılaşa biləcəyiniz riskləri, maliyyə vəziyyətinizi və imkanlarınızı nəzərə almalısınız.
RİSK BİLDİRİŞİ
- Broker nəzdində açacağınız hesab və bu hesabda həyata keçirəcəyiniz bütün növ əməliyyatlara Qiymətli Kağızlar üzrə müvafiq qanunvericiliyin tələbləri tətbiq olunacaqdır.
- Marjinal ticarət zamanı tapşırıq verdiyiniz maliyyə alətlərindəki qiymət dəyişikliyi nəticəsində brokerdə olan bütün pul vəsaitlərinizi itirə biləcəyiniz kimi, zərərləriniz ticarət etdiyiniz investisiya alətinin xüsusiyyətlərinə görə investisiya miqdarınızı da aşa bilər.
- Marjinal ticarət zamanı tətbiq edilən kredit dəstəyi kiçik investisiya ilə böyük həcmdə investisiya fürsəti yaratmaqla yanaşı zərər risklərinizi də yüksək dərəcədə artıra biləcəyini nəzərə almalısınız.
- Maliyyə bazarlarında verəcəyiniz tapşırıqlarla bağlı broker qurumların tövsiyyə və məlumatları natamam və ya təsdiqlənməyə ehtiyacı ola biləcəyini nəzərə almalısınız.
- Brokerlərin səlahiyyətli personalı tərəfindən təqdim edilən hər hansı növ analizlərin fərqlənə biləcəyini, bu analizlərin real bazar şərtlərinin qismən və ya tamamilə gerçəkləşməyəcəyi ehtimalının da mövcud olduğunu nəzərə almalısınız.
- Xarici valyutalarla valyuta risklərinin də mövcud olduğunu, məzənnə dəyişikliyi nəticəsində əlavə zərərlərin meydana gələ biləcəyini, xarici valyutanın mənsub olduğu ölkələrdə valyuta rejiminin sərtləşdirilə bilinəcəyi, bununla bağlı əlavə öhdəliklərinizin yarana bilinəcəyini, həmçinin tapşırıqlarınızın qeyd olunan qiymətlə reallaşdırıla bilinməyəcəyini nəzərə almalısınız.
- Tapşırıq vermədən öncə şirkət tərəfindən müvafiq sövdələşmələrlə bağlı öhdəliklərinizə şamil ediləcək bütün növ komissiya və xərclər barəsində məlumat almalısınız.
Törəmə alətlərlə bağlı risk bildirişi
Törəmə alətlərlə ticarət özündə fərqli riskləri ehtiva edir. Birjadakı qiymət dəyişikliklərinin nəticəsində Broker nəzdində açdığınız hesabdakı aktivlərinizi bütünlüklə itirə biləcəyiniz kimi, zərərləriniz təminat miqdarlarınızın toplam həcmini də aşa bilər;
Törəmə alətlərlə ticarət etmək üçün Broker nəzdində açacağınız hesabınıza, birjalarda törəmə alətlərlə edəcəyiniz hər bir alqı-satqı əməliyyatı müqabilində ən azı birja tərəfindən müəyyənləşdirilən həcmdə İlkin Təminat yerləşdirməlisiniz;
Broker tərəfindən göndəriləcək "Təminat artırma" bildirişlərini tələb edilən vaxtda və həcmdə yerinə yetirmədiyiniz təqdirdə, müvafiq əməliyyat heç bir əlavə bildiriş təqdim edilmədən, bazar dəyəri əsasında Sizin zərərinə də olsa bağlanıla bilər;
Birjadakı ifrat volatillik, likvidliyin aşağı olması, anomal qiymət dəyişikliklərinin baş verdiyi hallarda Müştəri tərəfindən verilən tapşırıqların icraya qəbul olunmama ehtimalı da yarana bilər;
Marjinal ticarət şərtlərində əməliyyat həcminə tətbiq edilən kredit dəstəyinin Sizin lehinizə çalışacağı kimi əleyhinizə də nəticələr verə biləcəyini və bu mənada Marjinal ticarət şərtlərinin yüksək gəlirlə yanaşı böyük zərərlərə də səbəb ola biləcəyi nəzərə almalısınız;
Maliyyə aktivləriniz üzrə mövqeləriniz nəzərə alınmaqla hesabınızın həcmi broker tərəfindən təyin olunan təminat həcminin müəyyən olunmuş minimum nisbətinə yaxınlaşdığı təqdirdə bu aktivlər üzrə eyni həcmdə olmaqla məhdudlaşan əks tapşırıqların verilməsi istisna olmaqla digər tapşırıqlarınız birja tərəfindən icra edilməyə bilər.
Birjadakı qiymət dəyişiklikləri maliyyə aktivləriniz üzrə mövqeyinizə zərər verəcək şəkildə dəyişdiyi təqdirdə hesabınız Birja tərəfindən "riskli" hesab olaraq təsnifləşdirilə bilər. Bu halda Birjaya passiv ticarət tapşırığı (gözləmə ticarət tapşırığı) verməniz mümkün olmaya bilər.
Törəmə alətlərlə verdiyiniz tapşırıqlar barəsində Broker tərəfindən təqdim ediləcək məlumatlar və tövsiyyələr əksik və təsdiqə ehtiyacı ola bilər.
Xarici valyutalarda ifadə olunan törəmə alətlər üzrə yuxarıdakı risklərlə yanaşı valyuta risklərinin də mövcud olduğunu, məzənnə dəyişikliyi nəticəsində əlavə zərərlərin meydana gələ biləcəyini, xarici valyutanın mənsub olduğu ölkələrdə valyuta rejiminin sərtləşdirilə bilinəcəyi, bununla bağlı əlavə öhdəliklərinizin yarana bilinəcəyini, həmçinin alqı-satqı tapşırıqlarınızın vaxtında reallaşdırıla bilinməyəcəyini nəzərə almalısınız.
Ticarətə başlamadan öncə şirkətimizin müvafiq sövdələşmələrlə bağlı Müştəri öhdəliklərinə şamil ediləcək bütün növ komissiya və xərcləri barəsində məlumat almalısınız. Əgər bu komissiya və xərclər pul formasında ifadə edilmirsə bu xərclərin öhdəliklərə hansı formada şamil ediləcəyi ilə bağlı nümunə formasında yazılı açıqlama ilə tanış ola bilərsiniz