Müştəri sifarişləri heç bir halda investisiya şirkətindəki hesabda eyni və ya fərqli şirkətlərdən, eyni şirkətdə eyni və ya fərqli müştərilərin adına olan hesablardan, eləcə də eyni və ya fərqli hesablar vasitəsi ilə investisiya şirkətinin müştəriyə verdiyi səmərəli ticarət şərtlərini, platformada yaranmış texniki nasazlıqları, qiymət ardıcıllığındakı boşluqları və s. digər bu kimi qeyri-adi halları sui-istifadə etməklə maliyyə alətinin təhlilinə əsaslanmayan tək tərəfli və ya əks mövqelər açmaq üçün verməməlidir. İnvestisiya şirkəti bu halları aşkarladıqda müştərinin belə mövqelər üzrə nəticələrini ləğv edə və ya müştəridən tələb edə bilər.
Fərqli ticarət platformalarının xüsusiyyətlərinə görə, qiymət formalaşması zamanı müəyyən gecikmələr, sistemdə donma halları və investisiya şirkətinin dərhal müdaxilə imkanı olmayan digər hallarda müəyyən maliyyə alətləri üzrə qlobal bazar qiymətlərindən əhəmiyyətli dərəcədə uzaqlaşma ola bilər. Bu uzaqlaşmalar zamanı müştəri mövqeləri üzrə nəticələrin də daxil olduğu hesab qalıqları bu uzaqlaşmalar müəyyən olunduqdan sonra dondurulur və uzaqlaşmanın yaratdığı nəticələr aradan qaldırıldıqdan sonra dondurulmadan azad olunur. Müştəri bu uzaqlaşamaların müəyyən olunduğu vaxtadək belə uzaqlaşmanın yaratdığı nəticənin də daxil olduğu hesab qalığı üzrə məxaric etmişdirsə, bu zaman uzaqlaşmanın yaratdığı nəticələr qədər investisiya şirkəti qarşısında öhdəlik daşıyır.
Müştərinin eyni maliyyə aləti üzrə əks əməliyyatı onu spred genişlənməsi riskindən qorumur və hesabında qalıq vəsaitin dəyişməməsinə təminat vermir. Hesab qalığı təminat məbləğlərinin cəminin 20%-nə bərabər olduqda İnvestisiya Şirkəti müştəri mövqelərini həcm və ya zərər üzrə iridən kiçiyə olmaqla müvafiq ardıcıllıq ilə məcburi bağlayır.
Müştəri marja çağırışına əməl etmədikdə investisiya şirkəti müştəriyə əlavə çağırış etmir. Hesab üzrə qalıq təminat məbləğlərinin cəminin 20%-nə bərabər olduqda İnvestisiya Şirkəti müştəri mövqelərini həcm və ya zərər üzrə iridən kiçiyə olmaqla müvafiq ardıcıllıq ilə məcburi bağlayır.
Açıq əməliyyatlar zamanı Cari bazar qiyməti öncədən təyin olunmuş Stop əmrlərinə, eləcə də zərəri dayandır və Gəliri götür hədlərinə 10 pipdən yaxın olduğu təqdirdə əməliyyatın bağlanması və ya hədlərin dəyişdirilməsi ticarət sistemi tərəfinən məhdudlaşdırıla bilər.aparılacaqdır.
Fors – Major hallar
İnvestisiya Şirkətinin iradəsində olmayan, eləcə də müdaxiləsi və ya nəzarəti mümkün olmayan baş verəcək bütün hallarda, təbii fəlakətlər, maliyyə böhranları, müharibələr, münaqişələr, yüksək volatilliyə səbəb ola biləcək gözlənilən və ya gözlənilməyən fundamental hadisələr və xəbərlər, ölkə, region və ya daha iri ölçüdə rabitə və internet vasitələri üzrə əlaqə, elektrik enerjisinin kəsilməsi və ya verilməsində fasilələrin yaranması, investisiya şirkətinin müştəriyə bu xidməti göstərməsi ilə bağlı 3-cü tərəflərdən aldığı xidmətin onun xidmət qabiliyyətini itirməsi, müflisləşməsi, yerləşdiyi ölkədə və ya regionda baş verən fors-major hallar üzrə dayanması və ya kəsilməsi və digər bütün bu kimi hadisələr investisiya şirkətinin müştəri ilə münasibətdə fors-major hallar sayılır.
Bu müqavilə və ya qanunvericiliklə müəyyən olunmuş bütün fors-major hallarda investisiya şirkətinin xidmət və hesablaşmalar üzrə öhdəliklərinin yerinə yetirilməsində çətinliklər yarana bilər və ya investisiya şirkəti bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmə qabiliyyətini itirə bilər. Bu zaman öhdəliklərin ödənmə qaydası Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq aparılacaqdır.