1. Ana səhifə
  2. Haqqımızda
  3. Press-reliz

PRESS-RELİZ

“InvestAZ” şirkəti “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nun sponsoru oldu.

Azərbaycanın maliyyə bazarının əsas investisiya şirkətlərindən biri olan İnvest-AZ şirkəti, BMT-nin təşəbbüsü ilə keçirilmiş “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nun sponsoru kimi çıxış edib. Forum, 18 oktyabr 2024-cü il tarixində Bakıda keçirildi və dünya miqyasında yaşıl maliyyə və dayanıqlı inkişafın təşviqinə həsr olunmuş ən mühüm tədbirlərdən biri oldu.

"InvestAZ" şirkətinin sponsorluğu bu forumun əsas hədəflərinə nail olmaq, eyni zamanda, Azərbaycan və dünya ictimaiyyətinə dayanıqlı maliyyə və investisiya imkanlarının əhəmiyyətini çatdırmaq üçün mühüm rol oynayır.

Forumu Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Nasar Hayat açdılar və forumun əhəmiyyəti haqqında fikirlərini bölüşdülər.

InvestAZ şirkəti sözügedən tədbirdə sponsor kimi çıxış edərək, yaşıl maliyyə strategiyalarını dəstəkləməyə və innovativ həllərlə dayanıqlı gələcəyə töhfə verməyə hazır olduğunu vurğulayıb.

Forumun proqramında Azərbaycan maliyyə sektorunun aparıcı nümayəndələrinin yaşıl maliyyə və dayanıqlı inkişaf mövzularında əsas çıxışları olundu. Bu çıxışlar iqlim dəyişikliyi ilə mübarizədə maliyyə alətlərinin və mexanizmlərinin necə effektiv istifadə edilə biləcəyi haqqında dəyərli məlumatlar təqdim olundu.

Forumda iqlim dəyişmələri ilə bağlı risklərin idarə edilməsi, yaşıl maliyyənin iqtisadiyyata inteqrasiyası və davamlı inkişaf üçün maliyyə mexanizmlərinin genişləndirilməsi barədə müxtəlif təqdimatlar keçirildi. İştirakçılar arasında Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə, İqtisadiyyat Nazirliyinin iqtisadi siyasət şöbəsinin müdir müavini Kənan Məmişov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov və bir çox beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri müzakirədə yer aldılar.

Foruma həm yerli, həm də beynəlxalq maliyyə və ekoloji təşkilatların nümayəndələri qatıldılar. Onların arasında Timothy Tarrant (FINCA Azerbaijan-ın Baş Direktoru), Taleh Tahirli (ABB Bank, İdarə Heyəti sədrinin müavini), Bəhruz Nağıyev (PAŞA Bank, İdarə Heyəti sədrinin müavini), Leyla Hüseynli (Beynəlxalq Maliyyə Korporasiyasının davamlı maliyyə mütəxəssisi) və Leyla Sadıqova (PwC AZ, Hüquq və Davamlı İnkişaf üzrə Baş Menecer) daxildir.

Forumun proqramında maliyyə sektoru üzrə liderlərin çıxışları, siyasətçilər, investorlar, akademiklər və digər beynəlxalq ekspertlərin iştirak etdiyi panel müzakirələri və işgüzar görüşlər keçirildi.

Forumun nəticəsində, yaşıl maliyyənin Azərbaycan iqtisadiyyatına töhfəsi və iqlim dəyişikliyi ilə mübarizədə dövlət-özəl sektor əməkdaşlığının genişlənməsi üçün praktiki tövsiyələr və yeni təşəbbüslər müəyyən edildi.