Orxan İbrahim oğlu Bağırov
Müşahidə şurasının üzvü
Orxan İbrahim oğlu Bağırov 1988-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsini bakalavr dərəcəsi ilə bitirmişdir. Daha sonra o, Fransanın Rennes Biznes Məktəbində (École Supérieure de Commerce de Rennes) Beynəlxalq Maliyyə fakültəsində magistr təhsilini davam etdirərək Beynəlxalq Maliyyədə elmi dərəcəli magistr (MSc in International Finance) dərəcəsini almışdır.
Əmək fəaliyyəti boyu Azərbaycanın aparıcı banklarında kredit, xəzinədarlıq və maliyyə departamentlərində çalışmış, o cümlədən rəhbər vəzifələr tutmuşdur. Bundan başqa Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında 3 il maliyyə fənnindən dərs demiş, bir çox universitet və qurumlarda seminar və treyninqlər keçmişdir. Eyni zamanda Bağırov Orxan bir müddət Milli Depozit Mərkəzində Müşahidə Şurasının üzvü olaraq çalışmışdır. Kapital Bazarlarında qanunvericiliyin harmonizasiyası və təkmilləşdirilməsində yaxından iştirak etmiş, qanunvericiliyə verilmiş bir çox dəyişikliyin həmmüəllifliyini etmişdir. Bir neçə dövlət sifarişli beynəlxalq məsləhət proqramlarında yerli məsləhətçi olaraq çalışmışdır və bununla bağlı yaradılmış araşdırma və məsləhət proqramlarının da müəllifi olmuşdur.
Bank sahəsində 5 il, Kapital bazarlarında 10 ildən artıq olmaqla, ümumilikdə 15 illik iş təcrübəsinə malikdir.
2016-cı ildən "İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Direktor müavini, 2020-ci ildən etibarən Müşahidə Şurasının üzvü vəzifəsində çalışır. 11 mart 2025-ci il tarixində Azərbaycan Kapital Bazarları Assosasiyasının Ümumi Yığıncağında Direktorlar Şurasının Sədri seçilmişdir.
012 488 05 88
[email protected]