1. Ana səhifə
  2. Forex
  3. Təlim hesabı açma əməliyyatları

TƏLİM HESABI AÇMA ƏMƏLİYYATLARI

YATIRIM HESABI NECƏ AÇILIR ?

Aşağıdakı 3 addımı izləyərək asanlıqla InvestAZ yatırımçısı ola bilərsiniz
1
QEYDİYYAT FORMASINI DOLDURUN
QEYDİYYAT FORMASI
2
MÜQAVİLƏ VƏ SƏNƏDLƏRİNİZİ GÖNDƏRİN
MÜQAVİLƏLƏR
3
HESABINIZA YATIRIM EDİN
HESABA YATIRIM

1-REAL HESAB AÇMA FORMASINI DOLDURUN

Aşağıdaki addımları izləyərək Real hesabınızı asanlıqla aça bilərsiniz.
•Real hesab aç formasını dolduraraq yatırımçı olmağın ilk addımını ata bilərsiniz.
•Qeydiyyatınız tamamlandıqdan sonra sizə gələn email məktubunda istifadəçi məlumatları ilə InvestOR-a daxil ola bilərsiniz.

2-MÜQAVİLƏ VƏ SƏNƏDLƏŞMƏ MÜDDƏTİ

Müqavilənin imzalanması və təqdim olunması
Real hesab açılışı ilə bağlı müvafiq qaydalar "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Qanundan irəli gələn digər normativ aktlara uyğun olaraq müəyyən edilmişdir. Bu səbəbdən real hesab açılışı edərkən Müqavilənin imzalanması vacibdir. Müqavilə müştəri və şirkətə aid olma şərti ilə iki nüsxədə tərtib olunur. Müqavilələrin imzalanması yalnız yazılı və ya elektron imza vasitəsilə mümkündür.
Müqaviləni imzalamaq üçün aşağıdakı variantlardan birindən istifadə edə bilərsiniz:
•InvestAZ İnvestisiya şirkətinin ofisini ziyarət edərək müqavilənizi imzalamağınız mümkündür.
•Müqavilə poçt vasitəsi ilə sizin ev və ya iş ünvanınıza çatdırıla bilər. Sənədləri yerində imzalayaraq kuryerə təhvil verə bilərsiniz.
•Elektron imza vasitəsilə də Müqaviləni təsdiqləyə bilmə imkanınız var.

Hesab açılışı üçün tələb olunan sənədlər

Azərbaycan vətəndaşları üçün:
Şəxsiyyət Vəsiqəsi (hər iki üzünün surəti) Etibarnamə və səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənəd (Müştərini digər şəxs təmsil etdikdə)
Xarici ölkə vətəndaşları üçün:
•Pasport (surəti)
•Müvəqqəti Yaşamaq üçün İcazə Vəsiqəsi (hər iki üzünün surəti) •Etibarnamə və səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənəd (Müştərini digər şəxs təmsil etdikdə)
Hüquqi şəxslər üçün:
•Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti
•İmza səlahiyyətinə malik şəxslərin siyahısı
•Etibarnamə (olduqda)
•Hüquqi şəxsin VEÖN-i (hüquqi şəxsi digər şəxs təmsil etdikdə)

HESAB AÇILIŞI PROSESİNDƏ DİQQƏT YETİRİLMƏLİ MÜHÜM MƏQAMLAR:

İmzalamadan öncə mütləq Müqaviləni oxuyun.
İşarələnmiş bölmələri imzalayın. Müvafiq qaydaya uyğun olaraq bütün bölmələrin imzalanması tələb olunur.
Müqavilədəki məlumatlarla şəxsi məlumatlarınız eynilik təşkil etməlidir.
Hesab açılışı zamanı Şəxsiyyəti Vəsiqəsi və Müvəqqəti Yaşayış üçün İcazə Vəsiqəsinin etibarlılıq vaxtı qüvvədə olmalıdır.
Müqaviləni imzaladıqdan sonra bizim tərəfdən də imzalanması üçün sənədləri bizə təhvil verirsiniz(və ya poçtla geri göndərirsiniz). Bizim tərəfdən imzalandıqdan sonra sizə aid olan müqavilə nüsxəsi sizə təqdim olunur(və ya göndərilir).

3-HESABINIZA 7/24 AVTOMATİK MƏDAXİL EDİN

Aşağıda sadalanan vasitələr ilə hesabınıza yatırım edə bilərsiniz Siz 7/24 MasterCard, Visa plastik kartları, "Azericard”, “hesab.az” elektron ödəniş sistemləri və istənilən bank vasitəsilə hesabınıza yatırım edə bilərsiniz. Hesaba mədaxil prosesi uğurlu olduqda vəsait hesaba dərhal əlavə olunur.

REAL HESAB AÇMAĞA HAZIRSINIZ?

Sizi gəlirli yatırım etməyə dəvət edirik. Yatırım üçün üstünlük verdiyiniz investisiya aləti haqqında kifayət qədər məlumatlı olduğunuzdan əminsinizsə, deməli REAL HESAB açmaq vaxtı çatmışdır