1. Ana səhifə
  2. Platformalar
  3. MetaTrader 4 İndikatorları

YENİLƏNƏN MT4 İNDİKATORLARI

YENILƏNƏN PLATFORMAMIZ ILƏ
ÖNƏMLI INDIKATORLAR ƏLINIZIN ALTINDA!
Texniki analitiklərin ən çox istifadə etdiyi 9 indikatorun kombinasiyasından meydana gələn trend analiz indikatorlar, yatırımlarınızda doğru qərarlar verməyinizə yardımçı olacaq.
METATRADER 4 INDIKATORLARI!
Yeni əlavə olunan InvestAZ indikatorlarından Markets Identifier, Signal və Trend Analyser bazara baxış bucağınızı dəyişdirəcəkdir.

İNDİKATORLARIN -İN XÜSUSİYYƏTLƏRİ

InvestAZ MetaTrader 4 əməliyyat platformasına özəl olaraq əlavə edilən
indikatorları təqib edərək yatırımlarınıza dəyər qata bilərsiniz.

iSIGNAL İNDİKATORU

iSignal Indikatoru, Moving Average (hərəkətli ortalama), Parabolic Sar və Williams texniki göstəricilərinin alış və ya satış istiqamətində olan siqnallarının bütün zaman növlərində tətbiq edilə bildiyi bir indikatordur.

Bu indikator sayəsində əməliyyat açmamışdan öncə trendin hansı istiqamətdə olduğu ehtimalı rahatlıqla görülə bilir. Beləliklə, bu indikator açacağınız əməliyyatın istiqaməti üzrə ip ucu verə biləcək bir indikatordur.

TREND ANALIZER İNDİKATORU

Trend Analizer İndikatoru, ADX, RSI, MOM, CCI, OsMA, MACD, SAR, WPR və MA indikatorlarından gələn siqnalları eyni anda bütün zaman aralıqlarında hesablayır. Bu 9 indikatorun kombinasiyasından ümumi bir trend meydana gətirir.

Qoruyucu əməliyyat strategiyası; Giriş nöqtəsi: Müəyyən bir zaman aralığında 9 indikatorda eyni istiqamət işarə etməsi alış və ya satış mövqeyinin açılması üçün siqnal ola bilər. Çıxış nöqtəsi: Müəyyən bir zaman aralığında 2 indikatorda əks istiqaməti işarə etməsi əməliyyatdan çıxış siqnalı ola bilər.

Aqressiv əməliyyat strategiyası; Giriş nöqtəsi: Müəyyən bir zaman aralığında 9 indikatordan 7-nin eyni istiqaməti işarə etməsi alış və ya satış mövqeyinin açılması üçün siqnal ola bilər. Çıkış Noktası: Çıxış nöqtəsi: Müəyyən bir zaman aralığında 9 indikatordan 7-nin əks istiqaməti işarə etməsi əməliyyatdan çıxış siqnalı ola bilər.

MARKET IDENTIFIER İNDİKATORU

Market Identifier, bir valyutanın anlıq qiymətini, spred nisbətini, açılış qiyməti ilə arasında neçə pips fərq olduğunu, ən aşağı və ən yüksək qiymət arasındakı fərqi göstərən bir texniki indikatordur. Bundan başqa, MACD, STR və EMA indikatorlarını da göstərir.

Market Identifier indikatoru sayəsində müəyyən bir alətin anlıq qiymətini dəyərləndirə və xüsusilə qısamüddətli əməliyyatlarda uğurunuzu artıra bilərsiniz.

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.