Peşəkar səviyyə Tədris kursları
Yatırım ilə bağlı biliklərinizi inkişaf etdirin, investisiyalarınızı doğru istiqamətləndirin.
Qiymətli kağızlar bazarında fəaliyyətə başlamaq üçün addımınızı atın.
Bu kurs Sizə nə verəcək?
Qiymətli kağızlar bazarın ixtisaslaşmış iştirakçısına çevrilə bilərsiniz.
Qiymətli kağızlar bazarında karyera.
Maliyyə sahəsində fəaliyyətə başlamaq üçün peşəkar tədris ala bilərsiniz.
Qısa müddətli və effektiv hazırlıq.
Attestasiya imtahanlarına ən qısa zamanda və effektiv şəkildə hazırlaşmağınızı təmin edə bilərsiniz.
Yüksək nəticəyə çatmaq.
İxtisaslaşma imtahanlarında yüksək nəticə əldə etmək üçün peşəkar bilik səviyyəsinə sahib olacaqsınız.
Qiymətli kağızlar bazarının inkişafı.
Bazarda keçirilən əməliyyatların ölkə qanunvericiliyə uyğun keçirilməsinə dəstək olun.
QKB Kursuna qatıl
Kursa yazılmaq üçün formanı doldurun.
Qısa xülasə
Müddət 12 Həftə | Davamiyyət 36 Saat | Sertifikat Var | Qiymət Μ999 |
Kursun tərkibi
Ümumi iqtisadiyyat; Pulun dəyəri və statistika; Qiymətli kağızların növləri və xüsusiyyətləri; Törəmə alətlər: forvardlar, fyuçerslər, opsiyonlar, svoplar; | Maliyyə hesabatları və onların təhlili; Alternativ investisiyalar; Risklər və gəlir: risk hesablama metodları |
Kursa kimlər qatıla bilər?
Azərbaycanda qiymətli kağızlar bazarında peşəkar fəaliyyətə başlamaq istəyən hər bir fiziki şəxs attestasiyadan keçməlidir. Attestasiya imtahanlarına ən qısa zamanda və effektiv şəkildə hazırlaşmaq istəyən Qiymətli kağızlar bazarının həm yeni, həm də təcrübəli iştirakçıları, o cümlədən bu sahənin peşəkar
analitikləri və ixtisas şəhadətnaməsi əldə etməyə hazırlaşanlar kursa qatıla bilərlər.
Kurs necə keçirilir?
Kurs InvestAZ Mərkəz ofisinin Tədris salonunda keçirilir. Kursun tərkibi şirkətin təcrübəli mütəxəssisləri tərəfindən hazırlanır və təqdim olunur. Kurs 36 dərsdən ibarətdir. | Dərslər tədris otağında müəllim tərəfindən izahlı təqdimat vasitəsi ilə həyata keçirilir. Kurs iştirakçıları müvafiq materiallar ilə təmin olunurlar. Tədris əsnasında praktiki nümunələr dinləyicilərin diqqətinə çatdırılır. |
Kursun məqsədi nədir?
Azərbaycanın qiymətli kağızlar bazarının iş prinsiplərini peşəkar səviyyədə öyrətmək.
Bazarda mövcud olan bütün maliyyə alətləri haqqında ətraflı məlumat verərək onların istifadə məqsədləri və əsas fərqlərini izah etmək.
Qiymətli kağızlar bazarındakı mövcud riskləri göstərməklə optimal investisiyalara təkan vermək.
Qiymətli kağızlar bazarında keçirilən bütün əməliyyatların qanunvericiliyə uyğun həyata keçirilməsinə dəstək olmaq.
Təlim hesabı ilə FOREX-i risk etmədən öyrənin.
İstədiyiniz məbləğdə virtual pul ilə Təlim hesabı açın, valyutalar və digər ticarət alətlərinə yatırım edərək FOREX-i risk etmədən sınaqdan keçirin.