Sifarişçilər fiziki və ya hüquqi şəxslər olmaqla iki qrupa bölünür.
Sifarişin verilmə tarixi və vaxtı nəzərə alınır.
Bölgü zamanı tələblərin dəyəri nəzərə alınaraq: dəyəri 100 000-dək (100 nominal) olan hissəsi adi tələb, dəyəri 100 000-dən (100 nominal) çox olan hissəsi isə yüksək tələb kimi qiymətləndirilir.
Sifarişçilərin tələblərinin ədalətli qarşılanması üçün bölgü iki üsulla aparılır:
Adi tələblər üçün istiqrazların bir-bir bölüşdürülməsi şərti ilə;
Yüksək tələblər üçün istiqrazların mütənasib (proporsional) bölüşdürülməsi şərti ilə;
Bölgü aşağıdakı dörd ardıcıl addımla aparılır. Bölgü emissiya məbləği tələbləri ödəyə bilmədiyi addımda dayandırılır və sonrakı addımlara ehtiyac qalmır:
Fiziki şəxslərin adi tələbləri - sifarişin dəyəri və sifarişin icraya qəbul edilmə vaxtı və tarixi (artan sıra ilə) nəzərə alınmaqla, emissiya məbləği bitənə qədər hər bir sifarişçiyə istiqrazlar bir-bir ödənilməklə;
Hüquqi şəxslərin adi tələbləri - sifarişin dəyəri və sifarişin icraya qəbul edilmə vaxtı və tarixi (artan sıra ilə) nəzərə alınmaqla, emissiya məbləği bitənə qədər hər bir sifarişçiyə istiqrazlar bir-bir ödənilməklə;
Fiziki və hüquqi şəxslərin (heç bir fərq qoyulmadan) yüksək tələbləri - əvvəlki addımlardan sonra qalmış bölüşdürülməmiş emissiya məbləğinin , cəmi ödənilməmiş tələblərin dəyərinə olan nisbətindən alınmış əmsalın- hər bir sifarişçinin ödənilməmiş tələblərin dəyərinə vurulmasından alınan məbləğin aşağıya yuvarlaqlaşdırılmış tam hissəsini ödəməklə;
Fiziki və hüquqi şəxslərin yüksək tələblərinin 3-cü addımdakı yuvarlaqlaşdırma qalığı, sifarişin icraya qəbul edilmə vaxtı və tarixi (artan sıra ilə) nəzərə alınmaqla, emissiya məbləği bitənə qədər hər bir sifarişçiyə istiqrazlar bir-bir ödənilməklə;