1. Ana səhifə
  2. Xidmətlər
  3. İlkin Kütləvi yerləşdirmə

INVESTAZ-DA İLKİN KÜTLƏVİ YERLƏŞDİRMƏ

IPO
İLKİN KÜTLƏVİ YERLƏŞDİRMƏ

IPO NƏDİR?

İlkin Kütləvi Yerləşdirmə əlavə kapitalın cəlb edilməsi məqsədilə şirkətin qiymətli kağızlarının ilk dəfə qeyri-məhdud sayda investora satılması prosesidir. Bu proses yalnız İnvestisiya Şirkətləri vasitəsilə fond birjasında həyata keçirilə bilər. İstər böyüməkdə olan gənc şirkətlər, istərsə də böyük və təcrübəli şirkətlər İlkin Kütləvi Yerləşdirmə etməklə əlavə maliyyə resursları cəlb edə bilərlər.

IPO Subyektləri

Açıq Səhmdar Cəmiyyətləri səhm və istiqrazlarını, Qapalı Səhmdar Cəmiyyətləri və Məhdud Məsuliyyətli Cəmiyyətlər isə yalnız istiqrazlarını kütləvi şəkildə investorlara təklif edə bilər.

InvestAZ-la IPO-nun Üstünlükləri

• Yerli və xarici investorlardan ibarət geniş investor bazasına çıxış imkanı.
• Maliyyə hesabatlarının və digər maliyyə məlumatlarının qanunvericiliyin tələblərinə uyğun hazırlanması.
• Emissiya prospektininin və buraxılışla bağlı digər sənədlərin hazırlanması.
• Müvafiq orqanlarla sənədləşmənin həyata keçirilməsi.
• İPO-nun yekunları haqqında müvafiq orqanlara hesabatların təqdim olunması.
• İPO sonrası şirkətin korporativ idarəetməsi ilə bağlı məsləhətlərin verilməsi.

İLKİN KÜTLƏVİ YERLƏŞDİRMƏNİN XÜSUSİYYƏTLƏRİ

YENİ VƏ GENİŞ İNVESTOR BAZASI

İPO olunan şirkətin səhmlərini birjada istənilən fiziki və hüquqi şəxslər, o cümlədən yerli və xarici investorlar ala bilər. Bu da, kapitalın bir mənbədən asılılığının azalmasına, effektiv diversifikasiya olunmasına səbəb olur.

YÜKSƏK LİKVİDLİK

İPO olunan şirkətin səhmləri birjada asanlıqla alınıb satılır. Bu da şirkətin real bazar dəyərinin formalaşmasına, öz növbəsində investorların şirkətə marağının artmasına və daha çox kapital cəlb olunmasına şərait yaradır.

MALİYYƏ BAZARLARINA ÇIXIŞ İMKANI

Uğurlu İPO, şirkətin maliyyə bazarlarına birbaşa çıxışını təmin edir, gələcəkdə də əlavə emissiyanı həyata keçirilməklə əlavə kapitalın cəlb olunmasını asanlaşdırır. Bundan başqa, xalq şirkəti olmaqla şirkət daha əlverişli şərtlərlə borclana bilir.

UĞURLU MOTİVASİYA

Şirkətin səhmlərinin birjada yüksək dəyərləndirilməsi, eyni zamanda, səhmlərdən mükafatlandırma vasitəsi kimi istifadə olunması daha təcrübəli və uğurlu işçilərin şirkətə cəlb olunmasına və ya mövcud personalın yüksək motivasiya ilə çalışmasına səbəb olur. Bu da öz növbəsində effektivliyin və məhsuldarlığın, həmçinin gəlirlərin və səhmlərin qiymətinin artmasına səbəb olur.

MÜSBƏT REPUTASİYA

İPO-dan sonra şirkət kommersiya və maliyyə ictimaiyyəti tərəfindən tanınır, bu da öz növbəsində, şirkətin beynəlxalq imicinin formalaşmasına səbəb olur. Yüksək imic şirkətin müştəriləri və təchizatçıları ilə uzun müddətli əlaqələrin yaranmasına, qlobal bazarlara doğru genişlənməsinə, şirkət markasının populyarlığına və satış həcminin dəfələrlə artmasına gətirib çıxarır.

BİR XALQ ŞİRKƏTİNƏ ÇEVRİLİN!

İPO olunan şirkətə mediada böyük marağın yaranması müştəri bazasının genişlənməsinə, məhsul və xidmətlərin geniş kütlə arasında tanınmasına səbəb olur. Eyni zamanda, dövrü olaraq maliyyə hesabatlarının mediada açıqlanması investorların şirkətə olan marağının artmasına gətirib çıxarır.

BİZİ SEÇƏNLƏR

QAZANDIRAN YATIRIM DÜNYASINA ADDIM ATIN

Vəsaitlərinizi maliyyə bazarlarında dəyərləndirmək üçün yatırıma başlayın.