1. Həmid bəy, ilk öncə Yeni Best InvestOR müsabiqəsi № 20 Yarışmasında qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:
Cavab:
İlk öncə belə bir yarışmanın təşkilində və keçirilməsində zəhməti olan hər kəsə öz təşəkkürümü bildirirəm. Yarışmaya gəldikdə çox gözəl təəssürat bağışladı. Həyəcan dolu bir ay boyunca gündəlik maliyyə məlumatlarını izləmək, düzgün qərar qəbul etmək və bu formada yarışmanı dəqiqliklə izləmək və təbii ki, müsbət nəticə əldə edərək məqsədə çatmaq üçün inamla irəliləmək lazım idi. Bu yarışma bir növ maliyyə bazarındakı insanların özünə inamını önə çəkir.
2. Zəhmət olmasa, özünüz barədə bir az məlumat verərdiniz?
Cavab:
Hal-hazırda Əmanətlərin Sığortalanması Fondunun ləğv edilməsində olan LPO AGBank ASC-nin ümumi işlər şöbəsində çalışıram və təhsilimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirirəm.
3. Forex-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlirdi?
Cavab:
İlk olaraq 2019-cu ildə Forex-lə maraqlanıb məlumatlar əldə etmişdim, lakin istifadəçisi yadakı iştirakçısı olmamışdım. Maraq tam səmimi, yaxın bir dostumun tövsiyyəsi ilə olub.
4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Konkursda iştirak edirsiniz. Daha öncəki yarışmalarda hansı maksimal nəticələr əldə edə bilmisiniz?
Cavab:
Düzü, ilk dəfədir konkursda iştirak edirəm. Nəticəm də ilk iştirakımın nəticəsidir.
5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız.
Cavab:
Ən əsası yatırım etməzdən öncə müəyyən analizləri aparıb bazarda baş verən dəyişiklikləri analiz edərək yatırımlar etmişəm və sonda uğurlu nəticələr əldə etmişəm.
6. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?
Cavab:
Analiz metodu deyərkən mən təkcə maliyyə bazarını deyil, bir çox önəmli ölkələrin həm maliyyə, həm iqtisadi, həm də siyasi həyatlarında baş verən bütün dəyişikliklərə gündəlik baxaraq analizlər edirdim.
7. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?
Cavab:
Düzü, ilk yarışmam olduğu üçün çalışdığım qədər uğursuz əməliyyatlardan uzaq qalırdım. Yarışma dönəmində elə də böyük uğursuzluğum olmayıb.
8. Həmid bəy, yarışmaya başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?
Cavab:
Tam səmimi deyəcəm, ümidim vardı ki, qalib gələcəm. Çox diqqətli və məsuliyyətlə buna yanaşırdım.
9. Konkursda əldə etdiyiniz nəticə Sizi qane edirmi?
Cavab:
İlk olduğuna görə razıyam. Amma daha da yüksək nəticə əldə etmək mümkündür.
10. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?
Cavab:
İlk öncə özlərinə inamları olsun. Yüksək əhval-ruhiyyə ilə, şüuraltı özlərinə inanıb qələbənin qazanılacağına inansınlar. Önəmli tərəfi isə maliyyə bazarını dəqiq analiz edib gündəlik yenilikləri önəmsəsinlər.
11. Konkursda hansı yenilikləri görmək istərdiniz?
Cavab:
Hər bir şey qaydasındadır... Son olaraq, hər kəsə növbəti yarışmalarda uğurlar arzu edirəm.